Şri-Lankanın paytaxtı Kolombo yaxınlığındakı silah-sursat anbarında partlayış baş verib. Nəticədə azı 1 hərbçi ölüb, 50-dən çox dinc sakin müxtəlif dərəcədə yaralanıb və yanıb.
gundemxeber.az report-a istinadən bildirir ki, bunu ölkə ordusunun təmsilçisi Cayanat Cayavera deyib.
Məlumata görə, partlayış Salava hərbi-sənaye kompleksində, paytaxtdan 36 km aralıda baş verib. Qeyd edək ki, Salava hərbi kompleksindən Şri-Lanka ordusunun ağır silahları və döyüş sursatının saxlanması üçün anbar kimi də istifadə edilir.
Ölkə hərbi rəhbərliyi bunu son illərin ən güclü yanğını adlandırıblar. 2009-cu ildə oxşar hadisə Vavuniya rayonundakı silah-sursat bazasında baş verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?