Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib.
gundemxeber.az bildirir ki, bu barədə müvafiq məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub. İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.
10:11 Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub. Bu barədə hadisə şahidləri məlumat veriblər. Ərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?