GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Namazda səhv edərkən nə etməli?

Namazda səhv edərkən nə etməli?

Tarix: 7-06-2016, 23:48 Bölmə :Dünya Baxış: 0
Namazda səhv edərkən nə etməli?

Namazın bəzi əməllərini yerinə yetirərkən səhv etmişəm. Bu halda nə etməliyəm? Qıldığım namaz batil olubmu?

gundemxeber.az islam.az-a istinadən bildirir ki, namaz əməllərində edilmiş səhvlərin hökmü əksər hallarda səhv edilmiş əməlin rükn olub-olmamasından asılı olaraq dəyişir. Namaz əməllərindən bir neçəsi şəriətdə "rükn" adlandırılır. Rükn - dayaq, dirək deməkdir. Ərəb dilində çadırı saxlayan əsas dirəklərə, evin formasını müəyyən edən künclərə də rükn deyirlər. Rükn elə əməllərə deyilir ki, onlarsız namaz qılmaq mümkün deyil; həm də bunlar mütləq şəriətdə nəzərdə tutulmuş sayda və xüsusiyyətdə icra edilməlidir. Rüknü yerinə yetirməmək (istər qəsdən, istər bilməyərəkdən, istərsə də unutqanlıq üzündən), rüknü düzgün yerinə yetirməmək, rüknün sayını bilməyərəkdən və ya qəsdən azaldıb-çoxaltmaq namazı batil edər. Məsələn, insan bir rükətdə iki dəfə rüku etsə, yaxud qıldığı namazın deyil, başqa namazın niyyətini etsə, ya da iki səcdəni unudub yerinə yetirməsə, namazı batil sayılır və həmin namazı qəza etməlidir. Cəfəri məzhəbində namazın rüknlərinin sayı 5-dir: niyyət, təkbirətül-ehram (namaza başlayarkən deyilən "Allahü əkbər" cümləsi), rükudan əvvəl (yəni qiraət halında) ayaq üstə durmaq, rüku və iki səcdə. Əhli-sünnə məzhəblərində rüknlərin sayı fərqlidir. Məsələn, hənəfi məzhəbində 12, şafiilikdə 13, hənbəli məzhəbində 14, maiki məzhəbində isə 15 əməl rükndür.
Namazın rükndən başqa əməllərində səhvə yol yerən şəxsin hökmü həmin səhvdən asılı olaraq şəriətdə müxtəlif cür dəyərləndirilib. Bu səhvlərin bəzisinə etina edilməməli, bəzisi dərhal öz yerində düzəldilməli, bəzisinə görə isə namazdan sonra səhv səcdəsi edilməlidir. Məsələn, namazın sözlərindən hər hansı birini səhv deyən adam öz səhvini eşidib anlamışsa, dərhal yerində onu düzəltməlidir, yəni səhv dediyi sözü təzədən düzgün şəkildə deməlidir. Hətta namaz zamanı oxuduğu surəni yaddan çıxartsa və heç cür xatırlaya bilməsə, həmin yerdə surəni yarımçıq qoyub, əzbər bildiyi başqa bir surəni oxumalıdır. Bunun üçün əlavə heç nə etmək tələb olunmur.

Qiraətdə səhv.
Əgər insan Fatihə və sonrakı surədə hər hansı sözü düzgün dediyini düşünürsə, amma namazı qılıb qurtardıqdan sonra o sözü səhv dediyini başa düşsə (kitabdan oxumaqla və ya onu müşahidə edən bir adamın tənqidi nəticəsində), bu halda namazı düzgündür, amma növbəti namazlarda həmin sözü düzgün deməlidir. Bununla belə, alimlər təkid edirlər ki, insan namazın sözlərini və əməllərini diqqətlə öyrənməlidir. Əgər səhlənkarlıq üzündən bunlara diqqət yetirməsə, səhv qıldığı namazlar düzgün sayılmayacaq.

Rüku və səcdədə səhv.
Əgər rüku halında zikri deyib qurtarmadan səhvən rükudan qalxsa, namazı düzgündür (səhvən ikinci dəfə rükuya getsə - rükn olduğu üçün - namazı batil olar). Eləcə də, səcdə halında əgər zikri deməyi unutsa, yaxud zikri tam demədən səcdədən qalxsa, yenə namazı düzgün sayılar. Səcdə halında səhvən alından başqa səcdə yerlərini yerə qoymasa, yenə səcdəsi düzgündür. Amma əgər alnını yerə qoymasa (istər səhvən, istərsə də qəsdən) və bunu düzəltmədən səcdədən qalxsa, sonra səhv etdiyini anlasa, səcdə etməmiş sayılacaq. Əgər namazdan sonra bunu anlasa, rükn olan iki səcdəni etmədiyi üçün namaz batil hökmundədir. Hər halda, əgər rükudan və səcdədən çıxmadıqca (yəni duruşu hələ rüku və səcdə sayılırsa) səhv etdiyini anlasa, səhvini düzəltməli, sonra növbəti əmələ keçməlidir.
Əgər insan, üzərinə səcdə edilməsi batil olan bir şeyin üzərinə səhvən səcdə etsə, səcdədən qalxdıqdan və ya namazı bitirdikdən sonra səhvini anlasa, namazı düzgün sayılır.
Səcdənin birini etməyi yadından çıxaran şəxs səhv səcdəsi yerinə yetirməlidir (səhv səcdəsi haqqında bir qədər sonra məlumat veriləcək).

Təşəhhüddə və salamda səhv.
Namazın ikinci rükətində təşəhhüd söyləməyi unutmuş şəxs əgər üçüncü rükət üçün ayağa qalxdıqdan sonra bunu yadına salsa, oturub təşəhhüd oxumalı, sonra ayağa qalxıb üçüncü rükəti qılmalıdır; namazı qılıb qurtarandan sonra yersiz ayağa qalxdığı üçün səhv səcdəsi etməlidir. Əgər üçüncü rükətin qiraətində bunu xatırlasa, qiraəti başa vurub oturmalı, təşəhhüdü söyləməli, sonra ayağa qalxıb üçüncü rükəti rükudan başlamalıdır. Namazdan sonra isə yersiz qalxdığına görə səhv səcdəsi etməlidir. Əgər təşəhhüd söyləmədiyini üçüncü rükətin rükusunda və ya bundan sonra yadına salsa, namazını qılıb qurtarmalı, sonra təşəhhüdü qəza niyyətilə söyləməli, daha sonra isə səhv səcdəsi etməlidir.
Əgər namazın axırında salam söyləməyi unutsa, namazı pozan hər hansı əməli etməyincə bunu xatırlasa, salamı söyləməlidir. Əgər namazı pozan hər hansı əməli edibsə, bu halda namazı düzgün sayılır və heç nə etməsi tələb olunmur.

Səhv səcdəsi.
Səhv səcdəsi aşağıdakı hallarda yerinə yetirilir:
1. Namaz zamanı bilməyərəkdən namazın sözlərindən başqa bir söz söyləyəndə. Əgər söz qəsdən deyilərsə, namaz batil olar. Ah çəkmək, asqırmaq, öskürmək, gəyirmək namazı batil etməz. Amma bu zaman hərf halında "ah", "of", "uf" kimi səslər deyilərsə, qəsdən deyildiyi halda - namaz batil olar, bilməyərəkdən olarsa - səhv səcdəsi edilər. Namazın sözünü çaşıb düz deməyən adam onu düzgün şəkildə təkrar etsə, səhv səcdəsi lazım deyil.
2. Namazın rükn olmayan hər hansı əməlini bilməyərəkdən azaldıb-çoxaldanda (məsələn, səcdələrin birini unudanda; diqqət yetirin ki, iki səcdə birlikdə rükn sayılır).
3. Təşəhhüdü unudanda.
4. Lazım olmayan yerdə namazın salamını deyəndə.
5. Dörd rükətlik namaz qılan insan ikinci səcdəni yerinə yetirərkən dördüncü yoxsa beşinci rükətdə olduğuna şəkk etsə (yəni namazın axırıncı rükətində olduğuna, yoxsa əlavə daha bir rükət qıldığına aid şəkkə düşsə).
Cəfəri məzhəbinə görə, səhv səcdəsi namazı tamam qılıb qurtardıqdan sonra salamların ardınca, qiblədən dönmədən yerinə yetirilməlidir. Bunun üçün əvvəlcə nəyə görə səhv səcdəsi edildiyi barədə niyyət olunur. Sonra səcdəyə gedib bu zikr deyilir: "Bismillahi və billah. Əssəlamü əleykə eyyühən-nəbiyyü və rəhmətullahi və bərəkatüh". Səcdədən qalxıb diz üstə oturmaq və ikinci dəfə səcdəyə gedib həmin zikri demək lazımdır. Axırda təşəhhüd və salam deyilir.
Əhli-sünnə məzhəblərindən hənəfilikdə camaat namazının sonunda yalnız sağ tərəfə salam verdikdən sonra, təkbaşına qılınan namazda isə hər iki tərəfə salam verdikdən sonra bir cüt səhv səcdəsi edilir, ardınca təşəhhüd və salam deyilir. Qalan üç əhli-sünnə məzhəbində namazın salamlarını verməzdən əvvəl səhv səcdələrini etmək buyurulur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu ölkə namazı qadağan etdi

    Bu ölkə namazı qadağan etdi ...

    21-11-2017, 14:22

  • 
  • Məsciddə namaz qılan 16 nəfər öldürüldü

    Məsciddə namaz qılan 16 nəfər öldürüldü ...

    18-09-2015, 21:52

  • 
  • Namazı qadağan etdilər

    Namazı qadağan etdilər ...

    16-06-2016, 13:00

  • 
  • Türklərin namaz qılmasına mane olan BMT, GERİ ADDIM ATDI

    Türklərin namaz qılmasına mane olan BMT, GERİ ...

    10-11-2018, 14:06

  • 
  • Orucu batil edən əməllər - SİYAHI

    Orucu batil edən əməllər - SİYAHI ...

    28-05-2017, 23:10


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu