Kiprdə ara bölgə olaraq qəbul edilən Denya kəndində cümə namazı qılmaq istəyən Kiprli Türklərə BMT-nin Sülhməramlı Qüvvələri əngəl olub.
Şimali Kipr Türk Cümhuriyyətinin (Şimali Kipr) baş nazirinin müavini və Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Denya kəndinin qədim sakinləri Kiprli Türklərin, ara bölgədə qalan kəndlərindəki məsciddə cümə namazı qılmaq istədiklərini BMT Sülhməramlı Qüvvələrinin rəsmilərinə yazılı olaraq təqdim etdiklərini bildirərək, qadağanın keyfi və əsaszız tətbiq olunduğunu bildirib.
"12 saat qalmış əsassız ləğv edilib”
Açıqlamada, “Baş verən son nümunə ilə adada xidmət edən BMT Sülhməramlı Qüvvələrinin iki tərəfə ədalətli və bərabər münasibət göstərmədiyi bir daha ortaya çıxdı. Ara bölgədəki tədbirin keçirilməsinə 12 saat qalmış belə keyfi və əsası olmayan arqumentlərlə ləğvinə səbəb verilməsi Denyənin Kiprli Türk kəndliləri üzərində böyük bir xəyal qırıqlığı yaratdı" deyə qeyd olunub.
BMT, Yunanlara mane olmadı
Kiprli Yunanların, oxşar şəkildə ara bölgənin dörd müxtəlif yerində hər hansı bir icazə və nəzarətə tabe olmadan ibadət etdiklərinin vurğulandığı bəyanatda bunlar qeyd edilib: "Şimali Kipr hökuməti, istər ölkəmizdə, istərsə də ara bölgədə keçirilən bu cür tədbirlərə mümkün qədər lazımi dəstəyi hər zaman göstərmişdir, ancaq Kiprli Türklərin ilk dəfə keçirilən analoji tələbinə süni və əsassız bəhanələrlə BMT Sülhməramlı Qüvvələrinin bu tədbirin ləğvinə səbəb olması tərəfimizdən qəbul edilə biləcək bir vəziyyət deyil. BMT Sülhməramlı Qüvvələri bu davranışı ilə həm Kiprli Türkləri xəyal qırıqlığına uğratmış, həm də öz xidməyi vəzifə missiyalarına zidd hərəkət etmişdir. Bu baş verənlər həmçinin BMT Sülhməramlı Qüvvələrinin apardığı missiyaya da kölgə salıb. Sərəncam və göstərişlərə əməl olunmayan belə bir yanaşma təkcə iki cəmiyyət arasında deyil, BMT Sülhməramlı Qüvvələrinə olan inamı də təəssüf ki, zədələyir. BMT Sülhməramlı Qüvvələri bu barədə anlaşılmaz və narahat edici mövqeyi səbəbindən nazirliyimiz tərəfindən bu gün göndərilən bir nota ilə etiraz edilmişdir".
BMT sözçüsü: Məyusuq
BMT-nin Kiprdəki Sülhməramlı Qüvvələrinin sözçüsü Aleem Siddique açıqlamasında isə Denyadaki məsciddə bu gün keçirilməsi planlaşdırılan ibadətin baş tutmamasından duyduğu kədəri dilə gətirib. Siddique, BMT Sülhməramlı Qüvvələrinin, Denyə məscidində gələcəkdə nəzərdə tutulacaq bir ibadət və dini öhdəliklərin yerinə yetirilməsinə yardımçı olmağa qərarlı olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?