"Ailəmiz böyükdür, səmimidir, mehribandır. Həyatımız əladır. Bəziləri iki arvadımın olduğunu anormallıq saya bilərlər. Amma mən bunu normal bilirəm. Xanımlarım da narazı deyillər. Övladımız doğulub, xoşbəxtik". ABŞ-ın Ohayo ştatındakı Menysfild şəhərində yaşayan 61 yaşlı Tom Morris belə deyir. Onun 44 yaşlı Belinda və 20 yaşlı Reba adlı iki arvadı var. Milli.Az ABC-yə istinadən bildirir ki, Reba iki ay əvvəl Ketrin Ancelika adlı qızını dünyaya gətirib. Ketrin Rebanın ilk övladıdır. Tomun dediyinə görə, Ketrini Belinda və Reba birlikdə böyüdəcəklər. "Reba ilə kilsədə tanış oldum. O, mətbəxdə çalışırdı. Rebanın 19 yaşı olanda isə onunla evləndim. Belinda da məni dəstəklədi", - Tom deyib. Tom Morris iki arvadla yaşamağa başlamazdan əvvəl 4 dəfə boşanıb, onun qeyri-rəsmi nikahda 4 arvadı olub. Onun 1972-1976-cı illərdə nikahda olduğu Filisdən 43 yaşlı Tomas və 41 yaşlı Rene; Meridən (1977-1982-ci illərdə nikah) 38 yaşlı Maykl, 35 yaşlı Ancelina və 33 yaşlı Dana; Norma Cin Daffnerdən (1986-1993) 28 yaşlı Cozef və 27 yaşlı Robert; Culiyadan (1999-2009) bir övladı var. Tom müxtəlif vaxtlarda Ceymi, Enn, Meri və Enn Çipuk adlı qadınlarla qeyri-rəsmi nikahlarda olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?