Qırğızıstanda Prezident Almazbek Atambaev-ə qarşı tanınmış insan haqları müdafiəçilərinin qaldırdığı iddia üzrə məhkəmə prosesi başlanıb.
İnsan haqları fəalları Tolekan Ismailova və Aziza Abdyrasulova prezidentdən üzrxahlıq və 2 milyon som (29 min 300 dollar) təzminat tələb edirlər. Atambaev mayda bu iki qadına “təxribatçı” deyib.
Hər iki fəalın rəhbərlik etdiyi qurumlar hakimiyyəti 2010-cu ildə ölkənin cənubunda etnik özbəklərlə qırğızlar arasında toqquşmalarla bağlı cinayət işlərini araşdırmamaqda ittiham edir.
Ötən ay etnik özbək siyasi fəal Azimjan Askarov-a məxsus evin hakimiyyət tərəfindən alınmasını də bu qurumlar sərt tənqid edib. Askarov etnik toqquşmalarda təqsirli bilinərək ömürlük həbs cəzası alıb. Ancaq özü həbsini siyasi motivli sayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?