Qırğızıstan prezidenti Almazbek Atambayev ABŞ-la sazişin denonsasiyası barədə hökumətin qərarını və XİN-in bəyanatını dəstəkləyir. Bu barədə o jurnalistlərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, ötən həftə Qırğızıstan hökuməti 1993-cü ildə imzalanmış ABŞ-la əməkdaşlıq haqqında sazişin denonsasiyası haqqında qərar verib. Buna səbəb ABŞ Dövlət departamentinin hüquq müdafiəçisi Azimjan Askarovun 2015-ci ilin "İnsan Hüquqları Müdafiəçisi Mükafatının" verilməsidir.
Əslən özbək olan Askarov 2010-cu ildə ölkənin cənubunda etnik toqquşmalar zamanı millətlərarası ədavətin qızışdırılması və polis əməkdaşının qətlə yetirilməsinə görə ömürlük həbs cəzasına məhkum edilib.
"Mən ölkə hökumətinin qərarını və XİN-nin bəyanatını tam olaraq dəstəkləyirəm. Bu mükafatın verilməsi ölkənin özbək icması arasında separatçılıq meyllərinin qızışdırılmasına xidmət edir. Ümid edirəm ki, ABŞ hökumətinin bu qərarı düşünülməmiş bir addımdır", - deyə Qırğızıstan rəhbəri bildirib.
Lakin o vurğulayıb ki, Dövlət Departamentinin bu hərəkətləri respublikanın cənubunda millətlərarası ədavətin qızışdırılmasına yönəlmiş təxribat olması istisna edilmir.
Prezident həmçinin əlavə edib ki, Qırğızıstan hökuməti ABŞ və Avropa İttifaqına Askarovun işi üzrə sənədlərin öyrənilməsi üçün öz ekspertlərin göndərmək təklifi ilə dəfələrlə müraciət edib. "Sənədləri araşdırın. Bu cür qərarlar qeyri-hökumət təşkilatlarının məktubları əsasında verilə bilməz ", - deyə o bildirib.
Qeyd edək ki, saziş ABŞ tərəfindən Qırğızıstana humanitar, iqtisadi və texniki yardım edilməsini asanlaşdırmaq məqsədilə imzalanmışdır. Sənədə əsasən ABŞ mallarının Qırğızıstana ixracı və idxalı hər hansı vergi və gömrük rüsumlarından azad edilirdi. Respublikada ABŞ-n dəstək proqramları ilə əlaqədar olan Birləşmiş Ştatlar hökumətinin mülki və hərbi personalına statusu diplomatik statusa bərabərləşdirilmişdir.
Denonsasiya avqustun 20-də qüvvəyə minir. Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, o tərəflər arasında əməkdaşlığın bütün sahələrini, o cümlədən USAID (ABŞ-ın Beynəlxalq inkişaf agentliyi) layihələrini əhatə edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?