Xorvatiya milli komandasının baş məşqçisi Ante Kaçiç Fransada təşkil olunacaq Avropa çempionatı çərçivəsində Türkiyə millisi ilə oynayacaqları qarşılaşmadan əvvəl maraqlı qərar qəbul edib.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, xorvatiyalı çalışdırıcı futbolçularına oyundan əvvəl sekslə məşğul olmamağı tapşırıb.
Mütəxəssis turnir ərzində özünün də bundan uzaq olmağa çalışacağını bildirib: "Turnirdən öncə bir neçə futbolçumuzla danışmışam. Düzdür, heç kim rəfiqələri ilə olan münasibətdən söz açmadı. Düşünürəm ki, oyundan əvvəl heç kim sekslə məşğul olmayacaq. Mən özüm də daxil olmaqla".
Sorğu
Yeni dizaynımız necədir?