Fransanın Marsel şəhərində polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib.
APA-nın "AP" agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl ingilis azarkeşləri ilə yerli sakinlər arasında kütləvi dava olub.
Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda asayiş keşikçiləri və 200-ə yaxın ingilis azarkeşləri arasında toqquşmalar Marsel şəhərinin limanı ətrafında davam edir.
Qeyd edək ki, iyunun 11-də Marseldə futbol üzrə Avropa Çempionatı çərçivəsində Rusiya - İngiltərə oyunu keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?