Türkiyənin yeni Konstitusiya layihəsi bu ilin dekabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, Türkiyə prezidentinin baş müşaviri Məhmət Uçum yeni qəbul ediləcək Konstitusiyada Atatürkün adının sadəcə dövlətin qurucusu qismində anılacağını bildirərək, bundan sonra hər hansı bir ideologiyaya rəğbət bildirən maddələrin ölkə qanunvericiliyində yer almayacağını söyləyib.
"Yeni Konstitusiyanın giriş bölümündə Mustafa Kamal Atatürkün Türkiyə dövlətinin yaradıcısı olduğu bildiriləcək. Qalan bütün maddələr ləğv ediləcək. Yeni qanunlar hazırlanarkən bir çox ölkələrin modellərinə nəzər salınsa da Şimali Afrika və İslandiya modellərinə üstünlük verildi", - deyə prezidentin müşaviri bildirib.
Sorğu
Yeni dizaynımız necədir?