ABŞ Prezidenti Barack Obama respublikaçılardan prezidentliyə mümkün namizəd Donald Trump-ı sərt tənqid edib. Trump bir gün öncə deyib ki, “radikal islam” ifadəsindən imtina edib terror hədələrinin mənbəyindən danışmaqla, Prezident Obama sübut edib ki, ona siyasi korrektlik amerikalıların təhlükəsizliyindən daha vacibdir.
“Yeddi il yarımlıq prezidentlik dövründə bircə dəfə də olmadı ki, “radikal islam” terminindən istifadə etməmək xətrinə gərəkən strategiyadan yayınaq. Təhlükəni göstərmək üçün digər termindən istifadə bizi ondan xilas etmir”, Obama deyib.
Obama bu bəyanatlarla Trump-ın terrorçuların dəyirmanına su tökdüyünü bildirib. “Bu onların təbliğatıdır, onun vasitəsilə tərəfdarlar toplayırlar. Onların tələsinə düşsək, müsəlmanları bir rənglə göstərsək, elə bir təəssürat yaramış olarıq ki, bütöv bir regionla müharibə vəziyyətindədir. Bununla da terrorçulara böyük xidmət göstərmiş olarıq”, Obama deyib.
Müsəlmanların ABŞ-a girişinə müvəqqəti qadağa qoyulmasına gəlincə, Obama deyib ki, belə ideyalar amerikanların dəyərlərinə ziddir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?