Bir neçə gün əvvəl ABŞ-ın Mayami ştatının ən böyük şəhərlərindən olan Orlandoda homoseksualların cəmləşdiyi barda 50 nəfəri güllələyərək öldürən, daha 52 nəfəri isə yaralayan Ömər Mətinlə bağlı daha bir maraqlı fakt üzə çıxıb.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Ömər Mətinin ABŞ-da qalaraq işləməsində "Guidepost Solutions" təhlükəsizlik şirkəti böyük rol oynayıb. Elə Mayamiyə gələrkən aeroportdaca həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın zəmanətə buraxılmasından sonra onun təhlükəsizliyinə və qaçmamasına cavabdeyliyi öz üzərinə götürən bu şirkət əfqan əsilli terrorçuya iş veribmiş. O, bir müddət "Guidepost Solutions" şirkətinin əməkdaşı kimi mühafizəçilik edib.
Ömər Mətinin "Guidepost Solutions"un əməkdaşı olması faktı üzə çıxandan sonra ABŞ-ın xüsusi xidmət və təhlükəsizlik orqanları bu şirkət haqqında da dərin araşdırmalara başlayıb.
Qeyd edək ki, iyunun 4-də Rza Zərrab məhkəmə qarşısına çıxarılarkən onun vəkili Benjamin Brafman Türkiyədə fəaliyyət göstərən və İrana tətbiq edilən sanksiyaların yarılmasında rol oynadığına görə həbs edilən iş adamı üçün Nyu-Yorkun Manhetten məhəlləsindəki göydələnlərdən birinin 15-ci mərtəbəsində ev tutduqlarını və ölkədə ən tanınmış təhlükəsizlik şirkətlərindən olan "Guidepost"un onun mühafizəsini təşkil edəcəyini bildirmişdi. Lakin prokuror Zərrabın zəmanətə buraxılmasına qarşı çıxmış, hakim də vəkilin 50 milyon dollarlıq zəmanətə buraxılma vəsatətini təmin etməmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?