PKK terror təşkilatlarının əlində "Kobra" tipi vertolyotları vurmaq üçün istifadə edilə biləcək daha 50 ədəd raket var.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, bu haqda Türkiyə Təhlükəsizlik Müdirliyinin qeydlərini əldə edən "Cümhuriyyət" nəşrinin xəbərində deyilir.
Xatırladaq ki, mayın 13-də Türkiyənin Hakkari vilayətinin Çuxurca mahalında qəzaya uğrayan "Kobra" helikopterinin Rusiya istehsalı olan SA-18 raket sistemi ilə vurulduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, "Kobra"nı vuran silahların Rusiya tərəfindən PKK-ya verilən silahlar olduğunu bilirlər. Onun sözlərinə görə, Rusiya silahları Suriya və İraq tərəfindən PKK-ya ötürülür.
"Hazırda terrorçuların əlində Rusiyanın verdiyi raketlər var", - dövlət başçısı vurğulayıb.
Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar "Vatan"ın yazarı ilə söhbətində bildirib ki, PKK İraq və Suriyada İŞİD-lə mübarizə maskası və bəhanəsi altında müasir silahları ələ keçirib. Onun sözlərinə görə, sözügedən silahların terror təşkilatını himayə edən ölkələr tərəfindən verildiyi də sirr deyil. Bu silahlar arasında tank əleyhinə raketlər və zenit-raket sistemlərinin olduğu da məlumdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?