Almaniyada aprel ayında getmiş döyüşlərdə ağır yaralanmış erməni hərbçilər Arman Ləzgiyanın və Ruben Arakelyanın müalicəsi davam etdirilir.
gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, dövlət hərbçilərin müalicəsinə görə nə ölkə daxilində, nə də onun xaricində xərcləri öz üzərinə götürmək fikrində deyil.
Yerevan Ağsaqallar Şurasının "Salam, Yerevan!" fraksiyasının üzvü Anait Baxşyan bildirib ki, "Erebuni" tibb mərkəzi hərbçilərin müalicəsi üçün dövlət büdcəsindən maliyyə dəstəyi alımayıb.
Baxşyanın sözlərinə görə, "Erebuni" tibb mərkəzi səkkiz yaralı hərbçi qəbul edib və onların müalicəsi ən yaxşı tərzdə həyata keçirilib.
"Yalnız Erikin dərmanlarına 3 milyon dramdan çox pul xərclənib, hələ başqa xərcləri demirik. Səhiyyə Nazirliyi hətta dövlət sifarişi ilə müəyyən edilmiş vəsaiti də köçürməyib", - o qeyd edib.
Ağsaqqallar Şurasının üzvü hesab edir ki, "Erebuni" tibb mərkəzinin müalicəni hansı vəsait hesabına həyata keçirməsi əhəmiyyətli deyil, əsas odur ki, hərbçilər pulsuz müalicə olunublar, bunu Almaniyada etmək praktiki olaraq mümkün deyil.
"Ermənistanda mümkün olan hər şey həkimlərimiz tərəfindən edilib, lakin Almaniyada hərbçilərimizin müalicəsi işində də tərəqqi nəzərə çarpır. Dövlət sifarişi üzrə edilməli olan edilməyib, onlar hər vəchlə oğullarımızın ölkədən kənara aparılmasına mane olmaq istəyirdilər", - Baxşyan narahatlığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?