Prezident İlham Əliyev səhhətində ciddi problemlər yaşayan tanınmış jurnalist Nicat Dağların müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı jurnalistin səhhəti ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra onun müalicəsinə lazım olan bütün vəsaitlərin ödənilməsi və bu işin həyata keçirilməsi üçün göstəriş verib.
Artıq aidiyyətli şəxslər Mətbuat Şurasının sədri Əflatun Amaşova da bu barədə məlumat veriblər. Sabah jurnalist müalicə olunduğu qonşu Gürcüstandan Bakıya gətiriləcək, buradan isə müalicəsi üçün lazım olan ölkəyə göndəriləcək.
Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin müalicəsi ilə bağlı həmkarları dünən prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət etmişdilər. Eyni zamanda ölkənin tanınmış jurnalistləri Nicat Dağlara dəstək üçün bu gün bankda hesab açıblar.
Artıq jurnalist Nicat Dağlara bu barədə məlumat verilib və onunla danışıqlar aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?