Türkiyə-Suriya sərhədində terrorçulara aid 14 min 780 nəfərlik 4 düşərgə aşkar edilib.
gundemxeber.az anspress-ə istinadən bildirir ki, Türkiyə ordusunun aşkar etdiyi düşərgələrdə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.
Düşərgələrdə azərbaycanlılarla yanaşı Çeçenistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tunis, Əlcəzair, Livan, Misir, Mərakeş vətəndaşları qalıblar. Bu barədə məlumat Türkiyə polisinin İŞİD-lə bağlı hazırladığı hesabatda yer alıb.
Adıçəkilən ölkələrin vətəndaşları, əsasən, İŞİD, "Əl-Nüsrə Cəbhəsi" və "Ketibet-ül Taliban" kimi terror təşkilatlarının üzvləri olublar.
Həmin terrorçular gün ərazində bu düşərgələrdə, Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə təlim keçirlər. Türkiyə sərhədində Atmah, Aeqrobate, Anadan və Harim-Tafar Takharim adlı terrorçulara aid düşərgələr yerləşir. Azərbaycanlılar, əsasən, Atmah düşərgəsində yerləşdiriliblər. Ən çox terrorçu isə Anadan düşərgəsindədir - 8-10 min nəfər.
Hökumət qüvvələrinin əldə etdiyi məlumatlara görə, "Əl-Qaidə" və digər terror təşkilatları Türkiyədə terror hadisələri törətmək üçün Suriyadan olan qaçqınların evlərində partlayıcı maddələr hazırlayırlar.
İŞİD terror təşkilatı isə Türkiyəni Suriyaya hücum etməsi üçün sərhədəki düşərgələrdə yeni terror aktları törətməyə hazırlıq keçirlər. Onlar sərhədi suriyalı qaçqınlar kimi rahatlıqla keçərək Türkiyə ərazisində maneəsiz hərəkət edirlər.
İŞİD terror təşkilatı Türkiyə ərazisində çox sayda insan itkisi ilə nəticələnən terror hadisələri törədiblər. Həmçinin təşkilatın silahlıları, demək olar ki, hər gün Türkiyənin sərhəd kəndlərini atəşə tuturlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?