ABŞ-ın "Starwood Hotels & Resorts Worldwide" şirkəti Kubada ilk hotelini istifadəyə verib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, "Starwood" hoteli Kuba-ABŞ münasibətlərinin istiləşməsindən sonra ilk böyük layihədir. Artıq qarşıdakı bir neçə gün üçün hotelin bütün nömrələri bron edilib. Mehmanxanada bir gün gecələmə 200 ABŞ dollarına başa gəlir.
Qeyd edək ki, ABŞ tərəfindən 1959-cu ildən Kubaya qarşı tətbiq olunan embarqo indiyə kimi qüvvəsini itirməyib. 2014-cü ilin dekabrında Barak Obama administrasiyası Kuba ilə əlaqələrin normalaşmasını bəyan edib. 2015-ci ildə isə Vaşinqton ticarət və sərmayə sahələrindəki məhdudiyyətləri zəiflədib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?