Kubada 5 il həbs yatdıqdan sonra azad olunan ABŞ vətəndaşı Alan Qross amerikan hökumətindən 3 milyon dollar kompensasiya alacaq.
Avropa.info xəbər verir ki, kompensasiya Qrosun işlədiyi şirkətin 2010-cu ildə USAİD ilə bağladığı müqavilənin bir hissəsi kimi ödəniləcək.
Qross və arvadı daha əvvəl bəyan etmişdilər ki, USAİD onu Kubada taleyin hökmünə buraxıb. Agentliyi bir neçə milyon dollarlıq təzminat tələbi ilə məhkəməyə vermişdilər.
Alan Qross 2009-cu ildə Kuba hakimiyyəti tərəfindən həbs edilmiş, 15 il məhkumluq cəzası almışdı. O, adaya qanunsuz peyk telefonlarının və kompüterlərin gətirilməsində ittiham olunurdu.
USAİD-in fəaliyyəti isə Kuba dövlətinə qarşı təxribat adlandırılmışdı.
ABŞ və Kuba dövlətləri diplomatik münasibətləri bərpa etdiyi ərəfədə 65 yaşlı Qross azadlığa buraxılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?