"İstanbul hava limanında baş verən partlayış Türkiyə hökumətinin Rusiya və İsrail ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə qarşı yönəlib".
gundemxeber.az anspress-ə istinadən bildirir ki, bunu Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçyov öz "Facebook" səhifəsində yazıb.
Komitə rəhbərinin sözlərinə görə, Türkiyə hakimiyyətinin versiyası (terroru İŞİD-in törətməsi ehtimalı) ağlabatan görünür. "Bu, Ankaradan çəkinən kürdlər deyil. Bunlar, həqiqətən də, İŞİD döyüşçüləridir. Amma terror törədənlər bilməlidirlər ki, bu, Rusiya ilə Türkiyə münasibətlərinə təsir göstərməyəcək, əksinə, hər iki ölkə liderlərinin daha da yaxınlaşmasına köməklik edəcək. Çünki biz heç nəyə baxmayaraq, Türkiyə ilə həmrəyik", - deyə Konstantin Kosaçyov yazıb.
Ötən gün Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində "Kalaşnikov" avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar.
Hadisə nəticəsində 36 insanın öldüyü, 150-yə yaxın insanın isə yaralandığı deyilir. Ölən və yaralananlar arasında ən son məlumatlara görə, Azərbaycan vətəndaşı yoxdur.
Atatürk hava limanına gəlmiş Türkiyənin baş naziri Binali Yıldırım vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, hələ ki hadisəylə bağlı dəqiq ittiham irəli sürülməyib. Yalnız İŞİD terror qruplaşmasından şübhələndiklərini vurğulayan Binali Yıldırım araşdırmaların davam etdiyini bilidirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?