İstanbuldakı Atatürk hava limanında özlərini partladan terrorçuların vücudları tanınmaz hala gəldiyi üçün, onların kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Bu haqda məlumat verən istintaq orqanının açıqlamasına görə, terrorçuların əcnəbi ola biləcəyi istisna edilmir, – Türkiyənin “Hürriyet” qəzeti məlumat verir.
Ölənlərdən 27 nəfərin şəxsiyyəti müəyyən edilib. Onların arasında bir Ukrayna və bir İran vətəndaşının da olduğu bildirilir.
Terrorçular hava limanına adi taksi ilə gəliblər.
Bəs terror aktı necə reallaşıb? Bununla bağlı yeni iddialar irəli sürülüb. Al Jazeera xəbər verir ki, ilk terrorçu xarici xətlər terminalının əsas giriş qapısından içəri girib. Bu nöqtədə X-ray cihazına tutulmadan daha irəli keçə bilməyəcəyini anlayan təcavüzkar, üzərindəki silahla bu nöqtədə ətrafa atəş açmağa başlayıb. Atəş edərək içəriyə doğru irəliləyən terrorçuya hava limanında vəzifəli bir polis məmuru maneə törədib. Polis məmuru vətəndaşlara atəş edən terroristi vurub. Yaralanıb yerə düşən terorçu üzərindəki parlayıcıyını işə salıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?