ABŞ-dan hərbi bazaya edilən hücumla bağlı - Açıqlama
ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında yerləşən "Joint Base Andrews" hərbi bazasında silahlı hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib. Pentaqonun nümayəndəsi açıqlamasında bazada silahlı şəxsin olduğunu bildirib. Həmin şəxsin zərərsizləşdirilməsi üçün tədbir görülüb. Bazanın personalına binalardan bayıra çıxmamaq barədə əmr verilib.
Qeyd edək ki, ABŞ prezidentlərini daşıyan "Air Force One" təyyarəsi məhz "Joint Base Andrews" bazasında dayanır. Hərbi baza Ağ Evin 24 kilometrliyində yerləşir. Bazanın ərazisində qolf meydançası da var və prezident Obama orada qolf oynayır.
Bazaya edilən hücumla bağlı rəsmi açıqlama da verilib.
Məlumatda bildirilir: "Bazaya heç bir silahlı hücum olmayıb. Yanlışlıqla həyəcan siqnalı verilib, bundan sonra bazaya giriş-çıxış bağlanılıb. Ancaq daha sonra məlum olub ki, heç bir hücum və ya bir təhlükə yoxdur".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?