GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycana görə Rusiya ordusunu Ermənistana yığılır

Azərbaycana görə Rusiya ordusunu Ermənistana yığılır

Tarix: 23-11-2013, 11:29 Bölmə :Siyasət Baxış: 837
Azərbaycana görə Rusiya ordusunu Ermənistana yığılır
102-ci bazanın ərazisi genişləndirildi, 3 min əsgərdən sonra yeni vertolyot eskadrilyası də Ermənistanda yerləşdirilir

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisi genişləndirilib.
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan İrəvan yaxınlığındakı istifadəsiz hərbi aerodromun 102-ci bazaya verilməsi məsələsinə aydınlıq gətirib.

Nazir müavini deyib ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazası müxtəlif nöqtələrdə - hərbi şəhərciklərdə yerləşdirilib və bu siyahı zərurət yarananda dəyişdirilə bilər. Xatırladaq ki, Ermənistan hökuməti Rusiya hərbi bazasına əlavə ərazi vermək barədə noyabrın 21-də qərar çıxarıb.



D.Tonoyan deyib ki, 102-ci bazaya əlavə ərazinin verilməsi Ermənistanın təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlir. Onun sözlərinə görə, məhz bu zərurətlə bağlı Rusiya hərbi bazası gücləndirilir. D.Tonoyan 102-ci bazada əlavə olaraq 18 vertolyotdan ibarət eskadrilyanın yerləşdiriləcəyini açıqlayıb.

“Ermənistanın təhlükəsizliyinin təmin olunması üzrə döyüş vəzifəsini yerinə yetirmək üçün bazanın hərbi-hava qüvvələri əlavə vertolyot eskadrilyası ilə güzləndiriləcək” - deyə o bildirib.

Müdafiə nazirinin müavini deyib ki, Ermənistan ordusu “Erebuni” aeroportunun Rusiya hərbi bazasına verilmiş ərazisindən istifadə etmirdi. D.Toroyan 102-ci bazanın hansı səbəblərdən gücləndirildiyinə dair suala cavabında bildirib ki, bu, daha çox regionda təhlükəsizliyin təmin olunması üçün atılan preventiv addımdır.

“Lakin digər tərəfdən, Rusiya bazası daha müasir şərtlərə uyğunlaşdırılır” - deyə D.Toroyan bildirib.

Xəbər verildiyi kimi, bundan əvvəl 102-ci hərbi bazaya 3 min yeni rus əsgərinin gətirildiyi açıqlanıb. Bazada bundan əvvəl bir qırıcı eskadrilyası, vertolyot eskadrilyası, desant, tank və kəşfiyyat batalyonları və 3 minə qədər əsgər var idi.

Rusiya 102-ci bazanı ötən ildən gücləndirməkdədir. Bazanın ərazisinə hava-desant batalyonu yerləşdirilib və rəsmi Bakıya məlum olub ki, bu qüvvələr Gürcüstan üzərindən daşınıb.



Maraqlıdır ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasına yeni vertolyot eskadrilyasının və minlərlə əsgərin yerləşdirilməsi Rusiya prezidenti Vladimir Putinin İrəvana dekabrın 2-nə təyin edilmiş rəsmi səfəri ərəfəsində baş verir. Bundan əvvəl açıqlanmışdı ki, Putinin səfəri zamanı Rusiyanın Ermənistana “Smerç” yaylım atəşi sistemləri yerləşdirməsi məsələsi də həllini tapacaq.

Putinin İrəvana çoxdan gözlənilən səfəri Ermənistanın Avropaya inteqrasiyadan imtina edib Gömrük İttifaqına qoşulmaq qərarının ardınca reallaşır. Serj Sərkisyan Moskvada təslim aktına razılaşdıqdan sonra erməni ictimaiyyətini sakitləşdirmək üçün nəsə almalıdır. Belə görünür ki, onun Gömrük İttifaqına qoşulmaq qərarının əvəzində Rusiya Ermənistanın hərbi baxımdan gücləndirilməsinə yönəlmiş addımlar atmağa başlayıb.

Amma Ermənistan Rusiyadan güzəştli şərtlərlə, yaxud havayı silahlar alsa da Azərbaycanın güclənən hərbi imkanları ilə ayaqlaşa bilmir və artıq rəsmən etiraf edildiyi kimi, öz təhlükəsizliyini tamamilə rusların öhdəsinə buraxır.



Digər tərəfdən, Rusiya əvvəlcə Azərbaycana milyardlarla dollarlıq hücum silahlarını satmaqla Ermənistanı Gömrük İttifaqına üzvlüyə məcbur edə bildi. İndi isə Putinin silahlandırma növbəsi Ermənistana çatır. Bu taktika Azərbaycana da təzyiq yaratmağa imkan verə bilər. İstisna deyil ki, Putin İrəvana səfəri zamanı Ermənistanla hərbi əməkdaşlıq barədə yeni qərarlar versin və bu ölkənin ərazisində hərbi balansı dəyişməyə, yaxud qüvvələr nisbətini tarazlamağa imkan yaradan güclü silah sistemlərinin yerləşdirilməsini həyata keçirsin. Belə təzyiq Ermənistan və Ukraynanın ardınca Azərbaycanı da Gömrük İttifaqına çəkməyə hesablana bilər. Tamamilə aydındır ki, Rusiya 102-ci bazanı məhz Azərbaycana görə gücləndirir və Bakıya təzyiq elementi formalaşdırmaq üçün rus ordusunu Ermənistana yığır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rus qırıcıları Ermənistan səmasında

    Rus qırıcıları Ermənistan səmasında ...

    29-04-2016, 17:48

  • 
  • Rus ordusu Ermənistanda hərəkətə keçdi

    Rus ordusu Ermənistanda hərəkətə keçdi ...

    15-01-2015, 14:58

  • 
  • Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana ...

    18-06-2016, 17:24

  • 
  • Rusiya Qarabağda müharibəyə hazırlaşır

    Rusiya Qarabağda müharibəyə hazırlaşır ...

    21-01-2013, 10:42

  • 
  • Ermənistan və Rusiya arasında daha bir hərbi yaxınlaşma

    Ermənistan və Rusiya arasında daha bir hərbi ...

    27-11-2013, 00:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu