Bu gün Fələstində və Livanda 100 min raket hazır vəziyyətdədir.
gundemxeber.az APA-ya istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanın müavini, briqada generalı Hüseyn Səlami bu gün Tehranda qılınan cümə namazı öncəsi çıxışında deyib.
H.Səlami bildirib ki, bu raketlər bir göstərişlə İsraili dünya xəritəsindən silə bilər: "Eləcə də, işğal olunmuş ərazilərin müxtəlif bölgələrində müxtəlif məsafələrdə hədəfi vurma qabiliyyəti olan on minlərlə raket hazır vəziyyətdə gözləyir".
H.Səlami sionistlərin ayaqda qalmasında əsasən ABŞ-ın rol oynadığını dilə gətirərək, bu rejimin həyatda qalması ilə müsəlmanları yalnız qəmli tale gözləyəcəyini söyləyib. O əlavə edib ki, ABŞ və Britaniya sionistləri müsəlmanların başına bəla etdiklərinə və onlara atalıq etdiklərinə görə hələ çox peşmançılıq çəkəcəklər.
H.Səlami Səudiyyə Ərəbistanını da tənqid edərək deyib ki, əl Səud rejimi Yəməndə və İraqda müsəlmanların didərgin düşməsinə səbəb olub: "Onlar bilməlidir ki, zorakılıqla heç bir yerdə hakimiyyət qurmaq olmaz".
Sorğu
Yeni dizaynımız necədir?