İran uzunmənzilli raketlərin buraxılması üçün çox sayda raket atan qurğuların yerləşdirilməsinə başlayıb. Bu haqda məlumatı İranın Müdafiə naziri Əhməd Vahidiyə isitnadən yarı-rəsmi Fars xəbər agentilyi verib.
General Əhməd Vahidinin sözlərinə görə, yeni uzunmənzilli yer-yer tipli raketlər İran silahlı qüvvələrinə “düşməni məhv etmək” imkanı verə biləcək.
Raket qurğularının sayı və harada yerləşdirildiyi barədə məlumat verilməyib.
Müdafiə naziri Əhməd Vahidi “düşmən”in kim olduğu barədə detallara varmayıb və İranın heç vaxt müharibəyə başlamayacağını deyib.
İranın bəzi yer-yer tipli raketləri 2 min kilometr məsafəni qət edərək, İsrail və ABŞ-ın regionda bazalarını vurmaq qabiliyyətinə malikdir.
İran vaxtaşırı hərbi sahədə inkişafları ilə bağlı bəyanatlarla çıxış edir. Bu bəyanatların müstəqil mənbələr tərəfindən təsdiq edilməsi mümkün olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?