İŞİD-in Brüssel hava limanında həyata keçirdiyi terror aktını təşkil edən terrorçunun ingilis xəfiyyəsi olduğu müəyyən olunub.
Avropa.info xəbər verir ki, Türkiyə qanlı hava limanı hücumunun arxasındakı həqiqi gücləri tapmaq üçün məşğul olduğu bir vaxtda Paris və Brüsseldəki hava limanında təşkil edilən İŞİD hücumları ilə bağlı skandal məlumatlar üzə çıxıb.
Əldə olunan məlumata görə hər iki hücumu təşkil edən və ötən il İstanbula da gəldiyi müəyyən edilən terrorçunun ingilis xəfiyyəsi olduğu məlum olub.
Belçika hava limanı hücumunda ortaya çıxan yeni məlumatlar ingilis xüsusi xidmətinə işarə edir. 161 nəfərin ölümündən cavabdeh olan İŞİD üzvü, 2 ay əvvəl Belçikada həbs olunaraq Brüggedəki bir həbsxanaya göndərilmişdi. Fransa həmin şəxsi almaq üçün Belçika hökuməti ilə danışıqlara başlamışdı. Ancaq prokuror ingilis kəşfiyyat xidməti ilə əlaqəsi səbəbiylə Abrininin Fransaya verilməsinə qarşı çıxdı.
Xəbər ingilis və fransız mətbuatına şok effekti yaradıb. Mətbuatda yayılan xəbərlərə görə ingilis kəşfiyyatı Abrini ilə əməkdaşlıq etməsi ilə bağlı çoxdan razılaşıbmış. Əməkdaşlıq etməyi qəbul edən Abriniyə İŞİD-ə sızması qarşılığında MI5-dən heç bir şeydə ittiham olunmamağına və yeni bir pasportla təmin olunmağına dair söz verilir.
MKİ-nin mənəvi müəllimi sayılan MI5 və MI6 ilə əməkdaşlıq etdiyi məlum olan Abrini Brüsseldəki hücumda da bütün diqqətləri üzərinə çəkmişdi. Hücumdan bir gün əvvəl Türklərin sıx olaraq yaşadığı bir məhəllədə ev kirayələyən İŞİD-çi hücumu birlikdə həyata keçirdiyi 2 həmkarının üzərindəki bombanın partlatmasına baxmayaraq özünü partlatmayıb hadisə yerindən qaçmış, ailəsinə də öləcəyi haqda məlumat verdiyi bir məktub yazmışdı.
İŞİD-ə girməzdən əvvəl oğurluq və narkotik istifadəsi ittihamları ilə dəfələrlə həbsxanaya girən Abrini ilə bağlı yaxın ətrafı da maraqlı məlumatlar vermişdi.
İngilis kəşfiyyatı ilə əməkdaşlıq etdiyi “şapkalı adam” ləqəbli Abrini Atatürk hava limanında təşkil olunan hücumdan tam bir il əvvəl də Belçikadan İstanbula gəlmişdi. Təxminən bir həftə boyunca İstanbulda bəzi təşkilat üzvləri ilə görüşdüyü məlum olan Abrininin daha sonra yenidən İngiltərəyə getdiyi, oradan da Fransaya keçərək Paris hücumunu həyata keçirdiyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?