Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya sərhədlərin toxunulmazlığı haqqında təməl prinsipi sual atına alıb. Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya ilə Avropa arasında etimadın itirilməsinə görə məsuliyyət Kremlin üzərinə düşür, Almaniya parlamentində çıxış edərkən Merkel vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın addımları Avropanın şərqindəki ölkələri qorxudub və həmin ölkələr NATO-dan kömək umurlar. Bununla yanaşı Almaniya lideri deyib ki, Avropada təhlükəsizlik məsələlərinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil. "Bir məsələdə fikrimiz üst-üstə düşür ki, uzun müddətli təhlükəsizliyə yalnız Rusiya ilə birlikdə nail olmaq mümkündür". Merkelin sözlərinə görə, Rusiyaya qarşı NATO-nun hazırkı strategiyası sırf müdafiə səciyyəlidir. Almaniya kanslerinin bəyanatı cümə günü Varşavada işinə başlayacaq NATO sammitindən əvvəl səslənir. Hərbi alyans üzvləri müdafiə qabiliyyətinin artırılması yollarını müzakirə edəcəklər. Rusiya ilə Qərb arasında münasibətlər Krımın ilhaqı və Donbasda hərbi qarşıdurmanın başlanmasından sonra korlanıb. Yaranan gərginlik fonunda Rusiya ilə NATO arasında əməkdaşlıq müqaviləsi dayandırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?