Terrorçu PKK qruplaşmasının aparıcıl fiqurlarından sayılan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseyn zərərsizlşdirilib.
Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə baş nazirinin müavini Veysi Kaynak Ədalət və İnkişaf Partiyasının Elbistan rayon təşkilatı üzvlərinin toplantısındakı çıxışı zamanı bildirib. "PKK-nın ən əhəmiyətli fiqularından biri olan "Bahoz Ərdal" ləqəbli Fehman Hüseynin mindiyi maşının havaya uçurularaq, zərərsizləşdirildiyi xəbərini aldıq. Biz bir terrora qarşı mübarizə aparmaqla yanaşı, ölkəmizin əmin-amanlığını və rifahını da düşünürük", - deyə baş nazirin müavini vurğulayıb.
"Tel Xamis" adlı Suriyadakı müxalif təşkilatlardan birinin təmsilçisi Xalid əl-Hasekavi bildirib ki, terrorçunun olduğu avtomobil Suriyanın Kamışlı şəhərinin Ximo rayonu ərazisində partladılıb. Həmin partlayış nəticəsində Fehman Hüseynlə yanaşı, ən azı daha 8 nəfər ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?