Fransa prezidenti Fransua Olland Nitsadakı terror aktından sonra bu gün səhər saatlarında Təhlükəsizlik Şurasının dar tərkibdə iclasını keçirir.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, görüş yerli vaxtla səhər saat 09:00-da başlayıb.
İclasın yekunu üzrə F.Ollandın Nitsaya yollanacağı gözlənilir.
Qeyd edək ki, ötən gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?