Ötən gecə Fransanın Nitsa şəhərində terror aktı törədilib. Terror nəticəsində ölənlərin sayı 84-ə çatıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kiralık aşk" serialının Korişi Onur Büyüktopçu da dünən həmin şəhərdə olub. O, hadisədən sonra menecerinə zəng edərək: "İnsanları öldürürlər, haraya gedək - bilmirik", - deyib, daha sonra isə əlaqə kəsilib.
Qeyd edək ki, hələ də aktyorla əlaqə saxlamaq mümkün deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?