Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı meydanlara, qiyamçılara qarşı çıxmağa çağırıb.
Milli.Az bildirir ki, Marmarisdəki "Grand Yazıcı Mares Otel"də olarkən CNN Türk-ün stadiyasına Skype vasitəsilə bağlanan Ərdoğan deyib: "Məlum strukturdan olan bir dəstə insan qiyama cəhd edib. Bunun da cavabı veriləcək. Bütün xalqı hava limanlarına, meydanlara, küçələər çağırıram. Millətimiz rahat olsun. Baş nazir də gərəkən açıqlama ilə çıxış edib. Bu işə, qiyama qarışan polislər də ən ağır şəkildə cəzalandırılacaq".
Türkiyənin dövlət başçısı daha sonra bildirib: "Hazırda ölkəmin prezidenti olaraq çox açıq və konkret deyirəm: qurucusu olduğum partiyanın bütün mənsubları, bununla yanaşı milli iradəni təşkil edən vətəndaşları şəhərlərimizin meydanlarına dəvət edirəm. Şəhərlərimizin meydanlarında xalqımızla əl-ələ olacağıq və bu qiyama başlayanlara gərəkən dərsi orada verəcəyik.
Bu gün baş verənlər gerçəkdən də Silahlı Qüvvələrin daxilindəki bir azlığın qiyam cəhdidir. Bu məlum yapıya aid, paralel təşkilatlanmanın təşviq etdiyi, onların istifadə etdiyi hərəkətdir. Ölkəmizin birliyinə, öərabərliyinə, bütünlüyünə qarşı olan bu hərəkətə millət olaraq gözəl cavab verəcəyimizə, bu adamların gərəkli cəza alacaqlarına inanıram. Türkiyə belə qiyamlarla ucuz satılacaq ölkə deyil, Pensilvaniyadan da idarə olunacaq ölkə heç deyil. Millətimə səslənirəm, millətimizi meydanlara, hava limanlarına dəvət edirəm. Millətcə meydanlarda, hava limanlarında toplanaq və bunların o azlıqdakı qrupu tankları, topları ilə gəlsinlər, xalqa nə edəcəklərsə, orada etsinlər. Xalqın gücünün üstündə bir güc tanımadım indiyədək. Bu qiyam cəhdinin uğurlu olacağına inanmıram. Tarix boyu qiyamçıların heç biri uğurlu olmayıb. Əfsuslar olsun ki, orduda komandanlıq zənciri pozulub. Amma bu ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı mənəm və mənim xəbərim olmadan belə addım atanlarla bağlı prokurorluq da müvafiq addımları atıb".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?