GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 16-07-2016, 03:51 Bölmə :Dünya Baxış: 1 001
Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

02:16

Türkiyədə fövqəladə hadisə baş verib.

gundemxeber.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından mediaya göndərilən mesajda ordunun ölkə üsuli-idarəsini ələ keçirdiyi bildirilib.

İyulun 15-də axşam saatlarından etibarən Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada anormal vəziyyət yaşanmaqdadır. Silahlı Qüvvələrin Baş Qərargahından silah səslərini gəlməsindən sonra qırıcı təyyarələri uçuşa qadağan bölgələr olan Türkiyə Böyük Millət Məclisi baş qərargah binaları üzərindən alçaq uçuş keçiriblər.

Ankaradan əməkdaşımıza məlumat verən 2 jurnalist bunu "son dərəcə anormal durum" kimi xarakterizə ediblər. "1980-ci il hərbi çevrilişini xatırladan bir durum var"-adını açıqlanmasını istəməyən jurnalistlərdən biri deyib.
CNN Türk kanalının canlı yayınına telefonla bağlanan baş nazir Binali Yıldırım da bu durumun bir "dövlət çevrilişinə təşəbbüs" olduğunu deyib :"Bir çevriliş təşəbbüsü kimi qiymətləndiririk. Əmr-komandanlıq zənciri olmadan ordu içindəki bəzi adamların qanunsuz hərəkətlərindən söhbət gedir. Millətimiz bilsin ki, demokratiyaya zərər gətirəcək heç bir fəaliyyətə icazə verilməyəcək. Vətəndaşların seçdiyi hökumət iş başındadır. Bunun iş başından getməsi ancaq millətin iradəsiylə olur. Bu çevrilişə təşəbbüs edib bu çılğınlığı yapanlar ən ağır şəkildə cəzalarını çəkəcəklər. Millətimiz sakit olsun"- deyə sözlərinə davam edən baş nazir Binali Yıldırım polis qüvvələrinin lazımi tədbirləri görmək üçün səfərbər edildiklərini vurğulayıb.

Ankarada cərəyan edən hadisələrə paralel olaraq İstanbul Boğazındakı iki körpü də keçidlərə qapadılıb. İstanbul aeroportunun da uçuşlara qapadılmasından sonra aeroportun ətrafına tanklar yerləşdirilib. Eyni zamanda Taksim meydanına və İstanbulun bəzi mühüm nöqtələrinə tankların yerləşdirildiyi bildirilir.
TRT kanalının ordu tərəfindən ələ keçirilərək "Yurdda Sülh Şurası"nın ordunun hakimiyyətə əl qoymasıyla bağlı bəyanatı oxunub. İstanbul Baş Polis İdarəsinin yerləşdiyi Vətən prospekti tərəfindən atışma səsləri gəlməkdədir. Gece yarısı Muğla vilayətinin Marmaris qəsəbəsindən açıqlama verən prezident Ərdoğan isə çevriliş təşəbbüsünə etiraz etmək üçün xalqı küçələrə, meydanlara, aeroportlara çıxmağa çağırıb. Təşəbbüsün arxasında Gülən icmasının olduğuna eyham vuran prezident Ərdoğan "Bunun da öhdəsindən gələcəyik. Millətimizi rahat olsun. Baş nazirimiz də lazımi açıqlamanı verdi. Polislər də daxil olmaqla bu işə qarışan hər kəs ən ağır şəkildə cəzalandırılacaq"- deyə vurğulayıb.
Ankaradan məlumat verən istefada olan bir hərbçi deyib ki, çevriliş təşəbbüsü ordu içindəki çoxu polkovniklərdən ibarət olan bir qrup tərəfindən təşkil edilib. "Xuntanın içində bir neçə general-mayor da var, onların bu işi axıra qədər aparmaları mümkün deyil. Səhərə qədər qalmaz ki, bu çevriliş təşəbbüsü basdırılar". TRT kanalında ordunun ölkə üsuli-idarəsinə əl qoymasına dair bəyanatın oxunmasından sonra ölkədə küçəyə çıxmaq qadağan edilib. Hərbi xuntanın İstanbul baş polis idarəsinin binasını ələ keçirmək təşəbbüsünün qabağını almaq üçün idarənin yerləşdiyi Vətən prospekti də qapadılıb. Çevriliş təşəbbüsündən sonra ilk açıqlamasını verən ana müxalifətdəki CHP lideri Kamal Kılıçdaroğlu "Demokratiyamıza sahib çıxırıq"- deyib.
Prezident Ərdoğanın müraciətindən sonra AKP vilayət, rayon və qəsəbə təşkilatlarının idarəçiləri məhəllələrdə mikrofonlarla xalqa müraciət edərək onları küçə və meydanlara dəvət edirlər.

02:09

Türkiyədə hərbi çevriliş cəhdinin arxasında "nurçular" hərəkatının banisi və lideri Fətulla Gülən durur.

Bunu Türkiyə Silahlı Qüvvələrindəki mənbələr bildiriblər.

Milli.Az DHA-ya istinadən bildirir ki, hazırda ABŞ-ın Pensilvaniya ştatında siyasi mühacir kimi yaşayan F.Gülənin tərəfdarları Türkiyə ordusunda orta rütbəli zabitlərdir.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyə ordusunun ali rütbəli zabitləri və komandanlığı qiyamçıları zərərsizləşdirməyə çalışır.

02:03

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar olaraq fövqəladə vəziyyət və komendant saatı elan olunub.

TRT telekanalında bununla bağlı açıqlama verilib.

Milli.Az DHA-ya istinadən bildirir ki, lakin az öncə Türkiyənin Müdafiə Nazirliyi bəyanat yayaraq bu açıqlamanın qanunsuz olduğunu vurğulayıb.

"Qiyamçılar TRT binasına soxularaq belə bəyanatı diktora oxutdurublar. Bəyanat mənasızdır. Ölkədə Konstitusiyanı və demokratiyanı qorumaq üçün bütün gərəkli addımlar atılacaq", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

01:56

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı meydanlara, qiyamçılara qarşı çıxmağa çağırıb.

Milli.Az bildirir ki, Marmarisdəki "Grand Yazıcı Mares Otel"də olarkən CNN Türk-ün stadiyasına Skype vasitəsilə bağlanan Ərdoğan deyib: "Məlum strukturdan olan bir dəstə insan qiyama cəhd edib. Bunun da cavabı veriləcək. Bütün xalqı hava limanlarına, meydanlara, küçələər çağırıram. Millətimiz rahat olsun. Baş nazir də gərəkən açıqlama ilə çıxış edib. Bu işə, qiyama qarışan polislər də ən ağır şəkildə cəzalandırılacaq".

Türkiyənin dövlət başçısı daha sonra bildirib: "Hazırda ölkəmin prezidenti olaraq çox açıq və konkret deyirəm: qurucusu olduğum partiyanın bütün pənsubları, bununla yanaşı milli iradəni təşkil edən vətəndaşları şəhərlərimizin meydanlarına dəvət edirəm. Şəhərlərimizin meydanlarında xalqımızla əl-ələ olacağıq və bu qiyama başlayanlara gərəkən dərsi orada verəcəyik.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

Bu gün baş verənlər gerçəkdən də Silahlı Qüvvələrin daxilindəki bir azlığın qiyam cəhdidir. Bu məlum yapıya aid, paralel təşkilatlanmanın təşviq etdiyi, onların istifadə etdiyi hərəkətdir. Ölkəmizin birliyinə, öərabərliyinə, bütünlüyünə qarşı olan bu hərəkətə millət olaraq gözəl cavab verəcəyimizə, bu adamların gərəkli cəza alacaqlarına inanıram. Türkiyə belə qiyamlarla ucuz satılacaq ölkə deyil, Pensilvaniyadan da idarə olunacaq ölkə heç deyil. Millətimə səslənirəm, millətimizi meydanlara, hava limanlarına dəvət edirəm. Millətcə meydanlarda, hava limanlarında toplanaq və bunların o azlıqdakı qrupu tankları, topları ilə gəlsinlər, xalqa nə edəcəklərsə, orada etsinlər. Xalqın gücünün üstündə bir güc tanımadım indiyədək. Bu qiyam cəhdinin uğurlu olacağına inanmıram. Tarix boyu qiyamçıların heç biri uğurlu olmayıb. Əfsuslar olsun ki, orduda komandanlıq zənciri pozulub. Amma bu ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı mənəm və mənim xəbərim olmadan belə addım atanlarla bağlı prokurorluq da müvafiq addımları atıb".

01:40

Ankarada Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) binası yanır.

Milli.Az AHT-yə istinadən bildirir ki, binanın ətrayfında xeyli sayda yanğınsöndürən maşınlar və hərbçilər var.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

01:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Atatürk hava limanına yollanıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, bunu eşidən istanbullular limana tərəf axışırlar.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

01:17

İstanbulun Baş Prokurorluğu hərbi çevrilişə cəhd göstərmiş hərbçilərlə bağlı həbs qərarı verib.

MilliAz AHT-yə istinadən bildirir ki, operativ-əməliyyat tədbirləri artıq başlanıb.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

01:13

Bu gecə Ankarada Polis Akademiyasının binası partladılıb.

Milli.Az Hürriyet-ə tstinadən bildirir ki, İstanbulda Atatürk beynəlxalq hava limanı, Ankarada TRT-nin və itqtidarda olan Ədalət və İnkişaf Partiyasının baş qərargahının binalarının ətrafında hərbçilərdir.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

Onların qiyamçı hərbçilər olduqları deyilir.

Lakin az öncə bəlli olub ki, qiyamçıların özləri mühasirəyə alınıblar.

00:58

Milli.Az Anadolu Xəbər Agentliyinə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ordu generalı, Baş Qərargah rəisi Hulusi Akar qiyamçı hərbçilər tərəfindən girov götürülüb.

Baş Qərargahın binasında atəş səsləri gəlir. Bir vertolyot binanın ətrafına atəş açıb.

Türkiyədə hərbi çevriliş CƏHDİ: İstanbul küçələrində tanklar - YENİLƏNİB - VİDEO - FOTO

00:55


Sosial şəbəkələrdə Türkiyə vətəndaşlarının yazdıqlarına görə, hazırda Ankara və İstanbulun müxtəlif yerlərində atışma səsləri eşidilir.

00:47

Milli.Az bildirir ki, Anadolu Xəbər Agentliyinin yaydığı məlumata görə, "Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında bir qrup hərbçi hərbi çevrilişə cəhd göstərib, cəhdin qarşısı alınıb".

Baş Qərargah bu açıqlamanı "yanlış və uydurma" adlandırıb.





00:44

Milli.Az Habertürk-ə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusi bəyanat yayaraq "ölkənin idarəetmə strukturlarına nəzarəti əlinə keçirdiyini, ölkə rəhbərliyinine nəzarət altına alındığını, Türkiyənin beynəlxalq siyasətinin dəyişməyəcəyini" bildirib.

00:38

Türkiyənin baş naziri Binali Yıldırım ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını bildirib.

Milli.Az DHA-ya istinadən bildirir ki, baş nazir CNN Türk telekanalına söyləyib: "Bir qrup hərbçi onlara verilmiş səlahiyyətlər və silahlardan istifadə edərək məsuliyyətsiz, qanunsuz addımlar atmağa çalışıblar. Asayişi və qayda-qanununu qorumaq üçün əlimizdən gələni edəcəyik. Günahkarları ən ağır cəza gözləyir".

Ankarada naməlum hərbti vertolyot Milli İstihbarat Təşkilatının binasını atəşə tutub.
Hazırda Ankara səmasında hərbi təyyarələr və vertolyotlar uçuşur.

İstanbulda polis Bosfor boğazı üzərindən körpülər üzərində hər iki istiqamətə hərəkəti dayandırıb.

İstanbuldakı Atatürk hava limanı qapadılıb. Ankarada polis və jandarmeriyanın bütün əməkdaşları təcili işə çağırılıblar.

Ankarada hazırda TRT və MİT binalarını əsgərlər mühafizəyə alıblar. TRT yayımı dayandırıb.

Az öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı "Ölkədəki situasiyaya tam nəzarət olunur, bütün dövlət qurumları kontrol altındadır" bəyanatını yayıb.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə ordu bütün strateji obyektləri tutdu

    Türkiyədə ordu bütün strateji obyektləri tutdu ...

    16-07-2016, 03:33

  • 
  • Rusiya baş qərargahından Türkiyəyə xəbərdarlıq

    Rusiya baş qərargahından Türkiyəyə xəbərdarlıq ...

    18-01-2013, 10:34

  • 
  • Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq müşaviri planlaşdırıb

    Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq ...

    16-07-2016, 11:26

  • 
  • Türkiyə ordusu Ərdoğanın nəzarətinə keçdi

    Türkiyə ordusu Ərdoğanın nəzarətinə keçdi ...

    31-07-2013, 00:38

  • 
  • Türkiyə generalları yenidən Bakıda

    Türkiyə generalları yenidən Bakıda ...

    4-02-2014, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu