ABŞ Prezidenti Barak Obama və dövlət katibi Con Kerri telefonla Türkiyədəki vəziyyəti müzakirə ediblər.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, Ağ Ev Vaşinqtonun tərəflərin təmkinli olacağına və qanlı toqquşmalara imkan verməyəcəklərinə ümid etdiyini bəyan edib.
Bəyanatda deyilir: "Prezident və dövlət katibi bildiriblər ki, Türkiyədə bütün tərəflər Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəstəkləməli, qanlı qarşıdurma və zorakılıqdan qaçmalıdırlar".
C.Kerri hazırda Moskvada səfərdədir.
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd olub. Nəticədə 17 polis həlak olub.
Sorğu
Yeni dizaynımız necədir?