ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri məsələni sülh yolu ilə həll etmək istəyirlər
ABŞ dövlət katibi Con Kerri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir gün ərzində iki dəfə telefonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb. ABŞ Dövlət Departamentinin Amerika vaxtı ilə gecə yarısı yaydığı məlumatda deyilir: "Dövlət katibi Kerri və Rusiyanın xarici işlər naziri Lavrov bu gün ərzində iki dəfə telefonla söhbətləşiblər. Onlar Ukraynanın şərq şəhərlərindəki vəziyyəti, təhlükəsizliyin danışıqlar yolu ilə həllini müzakirə ediblər. Onlar siyasi məqsədlərə çatmaq üçün güc tətbiqini qəbul etməyiblər. " Kerri ilə Lavrov söhbət zamanı həmçinin Suriyadan kimyəvi silahların çıxarılmasını da müzakirə ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?