ABŞ dövlət katibi Con Kerri Fətullah Gülənin Türkiyəyə təslim edilməsi ilə bağlı jurnalistlərin sualllarını cavablandırıb.
gundemxeber.az azvision.az-a istinadən bildirir ki, Kerri Gülənin Türkiyəyə geri verilməsinə dair onlara hər hansı müraciətin edilmədiyini deyib.
Kerrinin bu açıqlaması sosial şəbəkələrin Türkiyə seqmentində kəskin iradlara səbəb olub.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəqiqə bundan öncə İstanbulda xalq qarşısına çıxış edərkən Fətullah Gülənin deportasiyası üçün ABŞ-a müraciət edib. Ərdoğan Kerrinin çıxışını təkzib edən açıqlamasında bundan öncə də ABŞ prezidentinə bununla bağlı çağırış etdiyini diqqətə çatdırıb.
"Mən buradan Amerikaya səslənirəm. Ölkə rəhbərliyinə bundan öncə də çağırış etmişdim. Bildirmişdim ki, sizin torpaqlarınızda, Pensilvaniyada gizlənən o şəxsi (Fətulla Güləni nəzərdə tutur - red.) ya deportasiya edin, ya da bizə verin. Amma dinləmədiniz. İndi yenidən hərbi çevriliş cəhdindən sonra sizə səslənirəm. Bildirirəm ki, Pensilvaniyadakı bu şəxsi artıq Türkiyəyə təslim edin"-deyə Ərdoğan Obamaya müraciətində bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?