Özəl kəşfiyyat şirkəti Stratfor Türkiyədə hərbi çevrilişə cəhddə Rusiyanın iştirakını sübut edən məlumatlar açıqlayıb. Şirkətin məlumatlarına görə, rus xüsusi xidmət orqanları hadisədən bir neçə gün əvvəl çevriliş qüvvələrinin rəhbərləri və təşkilatçılarıyla sıx əlaqədə olub. Bundan əlavə NATO ölkələri çevriliş günü Türk Ordusu tərəfindən istifadə olunan sputnik rabitəsini kəsdikdən sonra çevrilişçi qüvvələrlə əlaqə Rusiyanın Hind okeanının şimal-qərb hissəsi üzərindən sputnik rabitəsi vasitəsilə həyata keçirilb. Əlavə olaraq özəl kəşfiyyat şirkətinin məlumatına görə, çevriliş qüvvələrinin aviasiya hərəkəti Suriya və Ermənistan ərazilərində dislokasiya olunan rus hərbiçiləri tərəfindən koordinasiya edilib. Suriya sərhədlərinə yaxın ərazilərdə Türkiyənin qanunu hakimiyyətinə sadiq aviasiyaya Rusiyanın radio-elektron qurğuları vasitəsilə güclü maneə törətmişlər. Stratforun məllumatlarına əsaslanaraq Əl-Cəzirə ərəb informasiya agentliyi belə bir informasiya yayıb ki,bir həftə əvvəl Türkiyə-Suriya sərhəddi yaxınlığında çevrilişçi qüvvələrin məsləhətçisi kimi rus hərbiçiləri Əməliiyat qərargahı yaradıb və fəaliyyətini hələ də davam etdirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?