Türkiyə Fətullah Güləni ABŞ-dan rəsmən geri istəyib.
Bu barədə Türkiyənin Baş naziri Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında məlumat verib.
Yıldırım Gülənin qaytarılması üçün ABŞ-a sənəd göndərildiyini, lakin ABŞ-ın Gülən mövzusundakı mövqeyindən narazı olduğunu ifadə edib:
"Sübut təqdim edin deyirlər, görünən bir şeyin sübuta nə ehtiyacı var? İstəmədikləri qədər sübutu önlərinə qoyacağıq. ABŞ-lı dostlarımdan soruşmaq istəyirəm ki, 11 sentyabrda Əkiz Qüllələr vurularkən terrorçuları istəyəndə sübut istədinizmi? Bin Laden üçün sübut axtarmayıb, FETÖ üçün sübutlar ortada olmasına baxmayaraq, niyə israrla dəlil istəyirsiniz?Bu terror liderini qorumaqdan imtina edin”.
Ədliyyə Nazirliyinin ABŞ-a 4 müxtəlif sənəd göndərdiyini açıqlayan Baş nazir terror qruplaşmasını dünyada dəstəkləyən digər ölkələrə də səslənib: "Heç kims qüsura baxmasın, bu paralel terror təşkilatı artıq heç bir ölkə üçün əlverişli bir maşa deyil. Heç boşuna çörək, su verməyin, bəsləməyin, əziyyət çəkməyin. Ülgüclə kökünü kəsəcəyik. Heç bir separatçı terror təşkilatı bir daha bu əziz millətə, bu böyük dövlətə – Türkiyəyə xəyanət etmə cəsarəti göstərə bilməyəcək”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?