Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiya ciddi səvhə yol verib.
"Sky News-Arabia" televiziyasının yaydığı məlumata görə, koalisiyanın aviazərbələri nəticəsində qadınlar və uşaqlar da daxil omaqla Suriyanın 100-dən artıq dinc sakini həlak olub.
Onlarla insan ağır bədən xəsarətləri alıb. Bombalama Aleppo vilayətinin At-Tauhar kəndində qeydə alınıb. Sözügedən kənd Türkiyə-Suriya sərhədinə yaxın ərazidə yerləşir.
Qeyd edilir ki, ölü sayının artacağı istisna edilmir. Çünki dağılan evlər altında taleyindən hələ də xəbər olmayan insanlar var./ qafqazinfo/
Sorğu
Yeni dizaynımız necədir?