Bəşər Əsəd hərbiçiləri Suriya müxalifətinin əsas mərkəzi sayılan Hələb şəhəri ilə Türkiyə arasında mövcud olan dəhlizi ələ keçirib.
Publika.az Suriyanın "Əl Vətən" qəzetinə istinadan xəbər verir ki, Əsəd ordusu Rusiya qırıcılarının havadan verdiyi dəstəklə Suriya müxalifətinin "paytaxtı" olan Hələbdən Türkiyəyə gedən yolu nəzarətinə götürüb.
Suriyanın İnsan Haqları Evi isə bəyan edib ki, rus qırıcılarının köməyi ilə sürətlə irəliləyən Əsəd ordusu Hələbin 7 kilometrliyinə qədər yaxınlaşıb: "Artıq bir çox qəsəbələr müxalifətdən geri alınıb. Əsəd ordusunun bu hücumundan sonra on minlərlə dinc insan bölgəni tərk etmək məcburiyyətində qalıb. Hazırda 350 min dinc vətəndaş Bəşər Əsədin hərbi hücum təhlükəsi ilə qarşı-qarşıyadır. Əgər Əsəd ordusu bu sürətlə irəliləsə, o zaman yaxın günlərdə Hələb vilayətinin şimalı tamamilə onların nəzarətinə keçəcək. Bununla da Hələbdə olan Suriya müxalifətinə Türkiyənin göndərdiyi humanitar yardımlar tamam kəsiləcək".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?