GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Keçmiş prokuror sirləri açır: "Kripto sistemimizə saxta əmr yüklənmişdi..."

Keçmiş prokuror sirləri açır: "Kripto sistemimizə saxta əmr yüklənmişdi..."

Tarix: 25-07-2016, 14:35 Bölmə :Dünya Baxış: 495
Keçmiş prokuror sirləri açır: "Kripto sistemimizə saxta əmr yüklənmişdi..."

gundemxeber.az Türkiyə hərbi hava qüvvələrinin keçmiş baş prokuroru Əhməd Zəki Üçokun APA-ya müsahibəsini təqdim edir.

- Siz 5 il həbsdə olmusunuz. Buna səbəb isə FETÖ ilə apardığınız mübarizə olduğu bildirilir...

- Mən 2009-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrində baş prokuror işləyərkən Kayseri 2-ci hava təkmilləşdirmə və nəzarət komandanlığında ordunun xalqla qarşı-qarşıya gətirilməsinin məqsədini araşdırmağa başladım: çünki "Ergenekon" deyilən proses üzərindən saxta əmr bizim kripto sistemimizə yüklənmişdi. Hava qüvvələrinə müraciət ediləndən sonra mən Kayseriyə gedib gördüm ki, bizim sistemimizə əmr çox peşəkarcasına yüklənib. Daha sonrakı kriminal araşdırmalarda imzaların gerçək əmrdən kəsilib yapışdırıldığını ortaya çıxardıq. Guya "Ergenekon" prosesindən həbs edilmiş bir polkovnikə yardım kampaniyasının başladılması üçün bir general əmr verib, əmr gizli saxlanmalı, yerinə yetiriləndən sonra cırılıb - atılmalıymış. Bizim sistemimizdə hər bir yazı avtomatik qeyd edilir, qeydləri analiz etdirərkən bu işin kəşfiyyat otağında görüldüyünü öyrəndik. Bir çavuşu nəzarət altına alıb sorğu-suala çəkdim. Çavuş İşıq evlərində böyüdüyünü, "abi"lərinin təlimatıyla hərbi məktəbə getdiyini, İzmirdə məktəbi bitirəndən sonra Kayseriyə göndərildiyini, orada onu başqa "abi"lərin qarşıladıqlarını, ev tutduqlarını, Gülən icmasının 3 başqa üzvüylə birlikdə orduda fəaliyyətə başladıqlarını dedi. Daha sonra Gülən icmasının başqa bir "abi"si gələrək ordudakı zabitlərlə bağlı məlumat toplamalarını bunlara tapşırır. Bunlar ordudakı zabitlərin şəxsi həyatına, namaz qılıb-qalmadıqlarına qədər bütün məlumatları toplayırlar. Daha sonra zabit və generalların adından saxta əmrlər hazırlayaraq xalqı orduya qarşı qaldırmaq üçün iş yerlərinə, marketlərə, mağazalara göndərirlər. Türkiyə Silahlı Qüvvələrini terror təşkilatlarıyla əlaqələndirmək üçün bəzi işləri görürlər. Biz bu və ya digər bu kimi xeyli şey müəyyənləşdirdik. O adamları istintaqa cəlb edəndən sonra FETÖ-nün media qurumlarında heç kimin ağlına-xəyalına gəlməyəcək böhtanlar yazılmağa başladı. Guya biz o adamlara dərman verib danışdırırdıq, guya onlara demişəm ki, sizi kimyəvi turşu quyularına atacağıq. FETÖ mənə qarşı bunları yazdıqca mən o adamları tibbi ekspertizadan keçirib hesabatlar alır, işə o cür davam edirdim, 35 raport aldırdığımı xatırlayıram. Üstümə atmağa başqa böhtan tapmayanda dünya hüquq tarixinə keçəcək olan bir şey icad etdilər: guya mən o 3 nəfərdən hipnozla ifadə alırmışam. O vaxtlar o təşkilatın bir imici vardı: kasıb uşaqlarını oxudurlar, dinlər arasında dialoq yaradırlar, çox ülvi icmadır və s. Halbuki bizim prokurorluğumuz o vaxt onların gerçək simasını ortaya qoydu. Türkiyə Silahlı Qüvvələri içərisində qeyri-leqal təşkilat quraraq hərbçilər barədə saxta məlumatlar yaydıqlarını, ordunu böldüklərini, gizli əmrləri oğurladıqlarını, saxta əmrlər yazıb gerçək əmr kimi bizim kriptolu sistemimizə yüklədiklərini, ordu ilə xalqı qarşı-qarşıya gətirməyə və ordunu terror təşkilatlarıyla əlaqələndirməyə çalışdıqlarını ifşa etdik. Məni həbs edəndən sonra hipnoz məsələsini tibbi ekspertizaya göndərdilər. Görün, bunlar bütün qurumlarda necə təşkilatlanmışdılar ki, tibbi ekspertiza mənim əməllərimdə hipnoz metoduna rast gəlinmədiyini, ancaq praporşiklər bunu deyirlərsə, demək ki, ola biləcəyini yazdı. Hipnoz məsələsindən məhkəmə mənə 7.5 il həbs cəzası verdi, Ali Məhkəmə işi təsdiq etdi, Konstitusiya Məhkəməsi isə 1 səs fərqiylə mənə qarşı qanun pozuntusu olduğuna hökm etdi. Tibbi ekspertizanın FETÖ-nün nəzarətində olması isə heyrət doğururdu. Ali Məhkəmənin 160 üzvü vardı, bir idarənin 5 üzvündən 4-ü mənim qərarımın əleyhinə səs vermişdi, FETÖ-nün oradakı gücünü görün. O vaxt mənim icraatımda Qərargah evləri və Heron xəyanəti istintaqları da vardı. Hazırladığım ittihamnamədə Kayseridəki 3 praporşikin o dönəmin xüsusi səlahiyyətli prokurorları olan Zəkəriyya Öz və Fikrət Seçən ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirmişdim. Mən Türkiyə hüquq tarixində ilk dəfə Fətullah icmasının Fətullah terror təşkilatı olduğuna dair ittihamnamə hazırladım. "Konstitusion quruluşu dəyişdirmə" ittihamını bu təşkilata yönəltmişdim, ittihamnaməni tamamlamaq üzrəydim, sənədləri analiz etmək üçün cihaz almışdıq, 8-10 günə ittihamnaməni tamamlayıb məhkəməyə təqdim edəcəkdim ki, xüsusi səlahiyyətli məhkəmənin prokuroru Hikmət Usta məni "Əziz Yıldırıma yağma" ittihamıyla İstanbula dəvət etdi. Baş qərargaha gedib dedim ki, məni İstanbula həbs etməyə çağırırlar. Baş qərargahın o vaxtkı rəisi İlkər Başbuğa xəbər göndərdim. İlkər paşa hüquqa güvəndiyini deyərək İstanbula getməyimi istəmişdi. Mən ona ikinci dəfə xəbər göndərdim ki, siz FETÖ-nü tanımırsınız, məni tutacaqlar, işlərimiz yarımçıq qalacaq, sonra növbə sizə gələcək. İlkər Başbuğ yenə İstanbula getməyimi istədi. Getdiyim gün məni həbs etdilər, 4 il 10 ay həbsdə qaldım. Həbs ediləndən sonra haqqımda başladılan təhqiqatların ardı-arxası kəsilmədi. Məhkəmənin qərarıyla 4 dəfə həbs edildim, haqqımda 27 iş qaldırıldı, Allaha şükür, o işlərin hamısı bitdi, təkcə Konstitusiya Məhkəməsində bir iş qalıb, o da mənim lehimə bitəcək. Məni həbs edənlərin hamısı indi FETÖ-nün üzvü kimi işdən çıxarılıb, hamısının haqqında FETÖ-yə üzv olmalarına görə cinayət işi qaldırılıb. Mənim yanımda işləyib əleyhimə ifadə verənlərin hamısını işdən çıxardılar. Onlar mənim əleyhimə ifadə verib demişdilər ki, 3 ədəd bahalı qələmi hansı pulla alıb? Hamısı 400 dollar etmirdi. Mən hərbi hakim-prokurorlar arasında evi olmayan yeganə adam idim, indi də evim yoxdur. Yazırdılar ki, mənim 90 villam var. Əleyhimə minlərlə alçaq böhtan yazdılar. İşə 5 gün əvvəl başlayan 19-20 yaşlı adamlar bu işlərə necə cəsarət edə bilirdilər? Çünki onlar hakim-müstəntiq yox, partizan idilər, onlar özlərini bir nəfərə həsr etmişdilər. Ona görə bunlar öz Məclisimizi bombalamaqdan çəkinmədilər. Bunların PKK, İŞİD terror təşkilatlarından heç bir fərqi yoxdur.

- Sizinlə eyni dönəmdə hava qüvvələri komandanlığına yeganə namizəd, ordu generalı Bilgin Balanlı da həbs edildi. Məqsəd hava qüvvələrini tamamilə ələ keçirib xalqa qarşı terror əməlləri törətmək idimi?

- Balanlı paşa məndən təxminən 20 ay sonra həbs edildi. Təəssüf ki, işin əvvəlində baş qərargah rəisi İlkər Başbuğun "Türk ədliyyəsinə güvənək" yanaşması Türk ordusunun ən yaxşı kadrlarını FETÖ partizanlarının qucağına verdi. İlkər Başbuğ özü tutulandan sonra FETÖ-nün ədliyyəsinə güvənməkdə yanıldığını etiraf etdi.

- Baş qərargahda bunu idrak və analiz edən hüquqçular yox idimi?

- Daha sonra casusluq istintaqları çıxdı. O vaxt mən baş qərargah rəisi İlkər Başbuğa və 4 qüvvə komandanına məktub yazdım. Hamısının məzmunu eyniydi. Baş qərargahın hüquq müşavirliyinin bu prosesləri çox pis analiz etdiyini, hərbi prokurorluqların bu işlərə müdaxilə etməsini, universitet müəllimlərindən, məsələn, indi Türkiyə Vəkillər Kollegiyaları Birliyinin başqanı professor Mətin Feyzioğlu kimi - kömək istənilməsini təklif etmişdim. Təsəvvür edirsinizmi, məktublar təxminən 1 aydan sonra o vaxtlar FETÖ-nün əsas tətikçisi olan "Bu gün" qəzetində çıxdı. Bəlkə inanmayacaqsınız, o məktubda yazdıqlarım bu gün eynilə baş verdi. Məktubların əlyazmasını qəzetdən almaq istədim, dedilər ki, FETÖ-nün kadrları qəzetdən gedəndə arxivlərin hamısını dağıdıblar. İnsanlar yavaş-yavaş FETÖ-nü tanıdılar və onları ordumuza atdığı böhtanların hamısının xəyal məhsulu olduğunu gördülər. Həbsxanada ordudakı hər rütbə və vəzifədən olan hərbçilər vardı. Biz bir yerə yığışıb ortaq ağıl yaratdıq: dedik ki, məsələn, Balyoz prosesində 1-ci ordudan oğurlanmış gerçək sənədlər də var. Bunları kim verə bilərdi? Bir sənədi əldə etmək üçün neçə zabitin səlahiyyəti vardı? Məsələn, 3 nəfərin. Baxdıq ki, onlardan ikisi həbsdədir, üçüncü zabit isə artıq general olub. Anladıq ki, bu işləri Türkiyə Silahlı Qüvvələrinin içindən dəstək almadan qurmaq mümkün deyil. Çünki sənədlərin dili də hərbi leksikona və üsluba uyğun idi. Bizim həyat tərzimiz bəllidir, hamımız bir-birimizi tanıyırıq, əvvəllər hamımızın Atatürkçü olduğumuzu düşünürdük. Sonra FETÖ orduya nüfuz etdikcə bəzi yoldaşlarımızın FETÖ-ya xidmət etdiyini anladıq. 17-25 dekabr çevriliş təşəbbüsündən sonra biz FETÖ dəstəsiylə bağlı təsbitlərimizi həbsxanadan dövlətin bütün qurumlarına göndərdik, ancaq təəssüf ki, təsirli mübarizə aparan olmadı. Guya onların mənəvi şəxsiyyətini təhqir etdiyimə görə, baş qərargah və Ali Hərbi Məhkəmə məni prokurorluğa şikayət etdi. Nə qədər acı durumdur ki, baş qərargah və Ali Hərbi Məhkəmə mənimlə bağlı prokurorluğa şikayət etdilər, ancaq Ədliyyə Nazirliyi əleyhimə təhqiqat aparılmasına icazə vermədi. Ədliyyə naziri hörmətli Bəkir Bozdağın o vaxtkı qərarı həm baş qərargah rəisinin, həm də Ali Hərbi Məhkəmə sədrinin öz vəzifələrindən istefa vermələrinə kifayət edirdi.

- O vaxtkı baş qərargah rəisi köşə yazarları Bəkir Coşkunu, Məlih Aşıkı da prokurorluğa şikayət etmişdi...

- "Orduda Fətullahçılar var" deməyin harası təhqirdir? Bir çox yoldaşlarımız kitab yazdı, hər cür xəbərdarlığı etdik, ancaq baş qərargahı heç cür oyandıra bilmədik.

- Bir neçə ay əvvəl "Hürriyət"dən Əhməd Hakana verdiyiniz müsahibədə Türkiyə hava qüvvələri komandalığının yarısının FETÖ-çü olduğunu və F-16-larla Türkiyəni bombalaya biləcəklərini demişdiniz. Bunu nəyə əsaslanaraq demişdiniz?

- Özümün apardığım istintaqlarda praporşiklərin bu işlərə necə cəsarət etdiyini onlardan soruşmuşdum. Demişdilər ki, bizə qorxmamağı tapşırıblar. Cinayət üstündə yaxalansaq belə, ordunun hər yerində bizi qoruyacaq generallar var. Mən bu işə mütəxəssisləri cəlb etmişdim, baş qərargahın və Jandarma komandanlığının bu barədə araşdırmaları olmadığını öyrənmişdim. İstintaq aparanda FETÖ məni müxtəlif kanallardan təhdid etsə də, yolumdan dönmədim.

- O vaxt bu işləriniz barədə baş nazir Ərdoğana xəbər çatdıra bilmirdinizmi?

- Bizim onunla əlaqəmiz yox idi. Qanuna görə, biz istintaqların gedişi barədə məlumatları komandanlara verirdik. Mən proseslərlə bağlı məlumat verdiyimiz komandanların o məlumatları yuxarı instansiyalara çatdırdığına inanmıram. Çünki baş qərargah rəisi İlkər Başbuğ məhkəmələrə güvəndiyini deyirdi, demək ki, işlərin mahiyyətini bilmirdi. İlkər Başbuğ "Gördüyüm ən düzgün iş kosmik otağı açmaq idi" - deyirsə, demək ki, FETÖ terror təşkilatını tanımayıb. Hazırkı baş qərargah rəisini ən yaxınlığındakı adam baş-ayaq etdi.

- Eyni qrupun adamı...

- Bəli. Mən TV-lərdə də deyirəm: bu hərbi çevriliş cəhdində ən böyük günah baş qərargah rəisi və qüvvə komandanlarınındır. Hərbi kəşfiyyatın da günahı böyükdür, çünki bu çevriliş təşəbbüsünə ən azı 6 ay hazırlıq aparılıb. 6 ay bu qədər vahiməli bir təşəbbüsə hazırlıq gedir, bundan baş qərargahın, baş polis idarəsinin, kəşfiyyatın xəbəri olmur. Bizim tanıdığımız və millətin seçib dəstək verdiyi Tayyib Ərdoğan ya bunları işdən çıxaracaq, ya da istefa vermələrini tələb edəcək.

- "Ergenekon" və "Balyoz" proseslərinə reaksiya göstərən baş qərargah rəisi İşık Koşanər və qüvvə komandanlarının bir qismi 2011-ci ilin iyulunda istefa verdilər. O vaxt həbsdəydiniz, bunu necə qarşılamışdınız?

- Səhv olduğunu düşünürdüm, indi də elə düşünürəm. Çünki İşık Koşanər paşa istefa vermək yerinə mübarizəyə davam etməliydi. Koşanər paşa istefa verəndən sonra Ali Hərbi Şuranın iclasında 11 general təqaüdə göndərildi. Növbəti Ali Hərbi Şurada 37 general və admiral göndərildi. Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, ondan sonra 12 general və admiralımız təqaüdə çıxarıldı. Ordu Necdət Özəl kimi bir komandana əmanət edilərək böyük yara aldı. "Balyoz" və "Ergenekon" proseslərini düşünün: biz Çanaqqala savaşlarında bu qədər general-admiral itirməmişdik. Bir güllə də atılmadan 958 general, admiral və yüksək rütbəli zabit "Balyoz" və "Ergenekon" proseslərində ordudan uzaqlaşdırıldı. İşık Koşanər paşa qalsaydı, bu general və admirallarımızı heç kim pensiyaya çıxara bilməyəcəkdi, çünki baş qərargah bunu Ali Hərbi Şuraya təklif etməyəcəkdi.

- Diqqəti cəlb etdiyiniz önəmli nöqtələrdən biri də FETÖ-yə qarşı ən təsirli və həlledici mübarizəni prezident Ərdoğanın apara biləcəyidir.

- Şübhəsiz.

- Prezident Ərdoğanın ordunun mövcud komandanlığına etimadının çox azaldığı da sirr deyil, bunu siz də vurğuladınız. Sizcə, mübarizənin bundan sonrakı mərhələsini prezident Ərdoğan necə bir hərbi-kəşfiyyat komandasıyla davam etdirməlidir?

- Ordunun yüksək səviyyəsindən xeyli general və polkovnik nəzarətə alınıb, önəmli qismi həbs edilib. Xeyli boşluq yaranacaq. Biz cənub-şərqdə PKK terroruna qarşı mübarizə aparan ölkəyik. Suriya sərhədimizdə yeni bir dövlətin ortaya çıxmamasına çalışırıq. Ona görə bu boşluğun bir an əvvəl doldurulması lazımdır. Bir müddət əvvəl FETÖ-nün də təzyiqləriylə hərbi akademiyalardan 1985-1988-ci illərdə məzun olanların pensiyaya çıxarılmasına dair qanun qəbul edildi. O qanunun bir an əvvəl ləğv edilməsi və pensiyaya çıxarılmış o vətənsevər zabitlərin yenidən aktiv hərbi xidmətə cəlb edilməsi lazımdır. O dönəm FETÖ-nün hərbi akademiyalara ən az bulaşdığı son dönəmlərdir. Ondan sonrakı dönəmdə FETÖ-nun hərbi məktəb və akademiyalardakı fəallığı inanılmaz dərəcədə artıb.

- Hətta siz 1994-95-ci illərdə məzun olanların ordudan tamamilə uzaqlaşdırılmasını istəmişdiniz.

- 1985-88 arasında məzun olanlar 1990-cı illərin əvvəllərində PKK terrorunu bitirənlərdir. O dönəmdən mümkün qədər çox hərbçiyə general rütbəsi vermək lazımdır. "Balyoz", İzmir və İstanbuldakı "casusluq" proseslərində bu ölkənin ən dəyərli komandanları ordudan uzaqlaşdırıldı. Həm məhkəmə qərarları, həm də FETÖ-nün son çevriliş cəhdi o komandanlara nə qədər böyük haqsızlıq edildiyini ortaya qoydu. Onlar heç bir rütbə, maaş istəmədən verilən vəzifələri yerinə yetirməyə hazırdır. Baş qərargahın onları bir an əvvəl vəzifəyə dəvət etməsini gözləyirəm. Daha alt rütbədə olub İzmirdəki "casusluq" prosesində ordudan uzaqlaşdırılan vətənsevər zabitlərimiz də bir an əvvəl orduya cəlb edilməlidir. Prezident Ərdoğan Ali Hərbi Şuranın bu ilki iclaslarının 1 həftə qabağa çəkiləcəyini demişdi. Məncə, bunu etməməli, Şuranın iclasının vaxtını bir az da gecikdirərək, həm FETÖ ilə, həm də PKK ilə ən ciddi şəkildə mübarizə aparacaq vətənsevər zabit və generalları ordunun yüksək mövqelərinə gətirməlidir. Hörmətli prezidentin bunu edəcəyinə ürəkdən inanıram.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türklər rusları qovdular

    Türklər rusları qovdular ...

    12-11-2013, 15:16

  • 
  • Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi “Ergenekon”la bağlı ömürlük həbsə məhkum olunmuş ordu generalının qardaşıdır

    Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ...

    14-08-2013, 11:53

  • 
  • Türkiyə F-16-sı yunan qırıcılarının hədəfində

    Türkiyə F-16-sı yunan qırıcılarının hədəfində ...

    11-12-2015, 03:05

  • 
  • Türkiyə və Avropa hava məkanlarını bağladı - Rusiya aviasiyasına

    Türkiyə və Avropa hava məkanlarını bağladı - ...

    20-12-2015, 13:18

  • 
  • Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi

    Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi ...

    30-08-2015, 12:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu