Yunanıstan Hərbi-Hava Qüvvələrinin iki F-16 qırıcısı Egey dənizi üzərində Türkiyəyə məxsus F-16 təyyarəsini hədəf alaraq onu təqib edib.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda belə deyilir.
“Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsi Egey dənizinin neytral suları üzərində növbəti uçuşlar həyata keçirirdi. Bu tapşırığı yerinə yetirərkən Yunanıstan Hərbi-Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı bizim təyyarəni təqib etməyə başlayıb. Yunanıstan təyyarələri türk təyyarəsini 3 dəqiqə 40 saniyə hədəfdə saxlayıblar. Bizim pilotlar isə olaya lazımi reaksiya nümayiş etdiriblər” - deyə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?