15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin vurulma planının bəzi detalları ortaya çıxıb.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, həmin gecə Ərdoğanın olduğu TC-ATA təyyarəsi böyük bir təhlükədən xilas olub. Belə ki, Dalamandan İstanbula yola düşən təyyarəni qiyamçı pilotların istifadə etdiyi F-16-lardan biri görüb.
Havada olarkən F-16-dan biri TC-ATA-ya yaxınlaşıb. Təyyarəni endirmək üçün cəhd edən F-16-lardan birinin yanacağı bitincə tanker təyyarəyə yaxınlaşmaq məcburiyyətində qalıb. F-16- ya sürətli şəkildə yanacaq vurulduğu zaman Ərdoğanın təyyarəsi Atatürk hava limanına eniş edib. Beləliklə, Türkiyə prezidenti ona qarşı olan sui-qəsd planından möcuzəvi şəkildə xilas olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?