İyulun 15-də Türkiyədə Fətullah Gülen camaatının təşkil etdiyi iddia edilən hərbi çevrilişin bir nömrəli şəxsinin kim olduğu açıqlanıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu barədə uzun illər Fətullah Gülən camaatının üzvü olan, Gülənin sözçülüyünü edən tanınmış jurnalist Hüseyn Gülərcə açıqlama verib.
Bir televiziya proqramında danışan Gülərcə çevrilişin bir nömrəli şəxsinin Gülen camaatının imamlarından biri olan Adil Öksüz olduğunu açıqlayıb.
Qeyd edək ki, A.Öksüz çevriliş gecəsinin səhəri hərbi əməliyyatların mərkəzi olan Akıncılar aviabazasında yaxalanmış, daha sonra isə sərbəst buraxılmışdı. O, hazırda axtarışdadır. Məlumatlara görə, mülki şəxslərinin girişinin qadağan olduğu Akıncılar aviabazasına gedən Adil Öksüz oradan çevrilişdə iştirak edən hərbçilərə təlimatlar verirmiş. A.Öksüzün çevrilişdən 3 gün əvvəl ABŞ-a, Fətullah Gülənin yaşadığı Penisilvanya ştatına getdiyi bildirilir. Məlumatlarda o da bildirilir ki, Öksüz FETÖ-nün Türkiyə Hərbi Hava Qüvvələrinə cavabdeh olan imamıdır. O, Sakarya Universitetinin ilahiyyat fakültəsinin elmi işçisidir.
Jurnalist Hüseyn Gülərcə iddia edir ki, A.Öksüzün son 20 gün ərzində iki dəfə ABŞ-a getməkdə məqsədi Fətullah Güləndən çevrilişlə bağlı son tapşırıqları almaq olub: "Gülən çevrilişlə bağlı tapşırıqlarını qətiyyən telefonla verməyib. Adil Öksüzə şifahi şəkildə tapşırıb. Öksüz şübhəsiz bu çevriliş cəhdinin bir nömrəli fiqurudur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?