Rusiya Türkiyəyə qarşı sanksiyaları arada qaldırmağa hazırlaşır
Avqustun 9-da Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə əsasən ikitərəfli əlaqələrinin bərpa edilməsi müzakirə olunacaq. Xatırladaq ki, onların arasında son görüş keçən il noyabr ayında baş tutub.
Bu, Ərdoğanın ötən ay çevrilişə edilmiş cəhddən sonra ilk xarici səfəridir.
Görüşdə Rusiya prezidenti ölkəsinin Türkiyə ilə iqtisadi əməkdaşlıq və digər əlaqələri bərpa etməyə hazır olduğunu deyib. Ərdoğan öz növbəsində həmkarına təşəkkür edərək deyib ki, “sizin çevrilişə cəhddən sonra dərhal zəng etməniz çox xoş idi”.
Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirib.
Türkiyə prezidenti Ərdoğan curnalistlərə “Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı”nın yaradıla biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə belə bir formatın yaradılması mexanizminə müsbət baxır.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə burada yenidən təkbətək görüşəcəklərini, regional və beynəlxalq məsələləri bir daha nəzərdən keçirəcəklərini vurğulayıb.
Türkiyə prezidenti Türkiyə-Rusiya Birgə Investisiya Fondunun yaradılması sahəsində razılığa gəldiklərini və Rusiya ilə müdafiə sənayesi sahəsində işbirliyini artıracaqlarını da diqqətə çatdırıb: “Regional məsələlərin müzakirəsi üçün Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatın təşkili mexanizmlərinin yaradılmasına da müsbət baxırıq. Bununla yanaşı, “Akkuyu” yatağı kimi böyük layihənin icrasını sürətləndirmək üçün aldığımız qərar mühüm əhəmiyyət daşıyır. Inşallah, bu addımlar səyəsində Ankara-Moskva xəttini yenidən təhlükəsiz və dostluq xətti vəziyyətinə gətirəcəyik”.
Putin isə mətbuat konfransında Rusiyanın Türkiyə ilə iqtisadi əməkdaşlıq və digər əlaqələri bərpa etməyə hazır olduğunu deyib.
Kreml rəhbəri Rusiyanın türk şirkətlərinə qarşı sanskiyaları mərhələlərlə qaldırmaq niyyətində olduğunu deyib. Onun sözlərinə görə, bu, texniki məsələdir və yaxın zamanda həll olunacaq.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ilin noyabrında, Rusiyaya məxsus hərbi təyyarə Suriya sərhəddində Türkiyə tərəfindən vurulandan sonra pisləşmişdi və bu hadisədən sonra Rusiya ticari əlaqələrə sanksiya qoymaqla yanaşı Türkiyəyə turist səfərlərini də dayandırdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?