Türkiyənin İordaniyadakı səfirliyinin hərbi attaşesi ölkədən qaçıb.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bununla da fərari attaşelərin sayı üçə çatıb.
Digər iki attaşe isə Yunanıstandan ailələri ilə birgə ölkəni tərk edib. Polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun İtaliyaya qaçdıqları ehtimal edilir.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək İ.Yaşıtlı və H.Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün onların akkreditasiyalarını ləğv edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?