GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » NATO-dan Türkiyəyə mesaj:“Sən saydığını say, gör, biz nə sayırıq”

NATO-dan Türkiyəyə mesaj:“Sən saydığını say, gör, biz nə sayırıq”

Tarix: 12-08-2016, 16:18 Bölmə :Dünya Baxış: 564
NATO-dan Türkiyəyə mesaj:“Sən saydığını say, gör, biz nə sayırıq”

15 iyul çevriliş cəhdindən sonra yaşananlar getdikcə Ərdoğan-NATO müharibəsinə çevrilir. Bir tərəfdən Ərdoğan “ya Fəthullah Gülən, ya Türkiyə” deyərək, Rusiyayla əlaqələrini gücləndirir, digər tərəfdən isə ABŞ qardaş ölkənin müxtəlif dövlət qurumlarında yürüdülən “təmizləmə əməliyyatı”na qarşı çıxır. Bəzən hətta hərbi çevrilişdə yer alan yüksəkrütbəli zabitlərin NATO-nun iclaslarında iştirakına qəsdən şərait yaradılır və bu, açıq-aşkar ictimaiyyətə təqdim olunur.

Strateq.az xəbər verir ki, hərbi xidmətdən qaçmaqda günahlandırılan 9 generaldan birinin – Mustafa Zəki Uğurlunun çevriliş cəhdindən sonra keçirilən alyansın toplantısında iştirakı NATO-Türkiyə gərginliyinin ən bariz nümunəsi kimi qiymətləndirilir. Nədən ki, Mustafa Zəki Uğurlu 27 iyul 2016-cı il tarixində verilən fövqəladə vəziyyət qərarıyla TSQ sıralarından xaric edilmişdi. Üstündən bir gün keçəndən sonra keçirilən NATO toplantısında isə onun iştirak etdiyi ortaya çıxıb.

Maraqlıdır ki, NATO rəsmən TSQ-ni təmsil etməyən admiralın toplantıda iştirakını gizlətməyə belə, lüzum görməyib. Əksinə, onun toplantıda çəkilən şəkilini özünün rəsmi saytında nümayiş etdirib.

Bu zamana qədər türk ordusu yetkililərinin NATO toplantılarında iştirakı zamanı çəkilmiş şəkillər, az qala, gizli tutulduğu halda, indi birdən-birə bu nümayişkaranəlik maraq doğurur.

Kim bilir, bəlkə də ABŞ-ın liderliyi altında fəaliyyət göstərən NATO-nun bu hərəkəti Türkiyəyə verilmiş mesaj kimi qiymətləndirilməlidir. Bəlkə də bu nümayişkaranə mövqe alyansın Türkiyə ordusunda aparılan “təmizləmə” əməliyyatını tanımadığını, köhnə heyətlə əməkdaşlığa davam edəcəyini göstərir. Bir sözlə, sanki, NATO Türkiyəyə demək istəyir ki, sən saydığını say, gör, biz nə sayırıq. Bu isə Türkiyəni fakt qarşısında qoymaq, “ya NATO-da NATO-nun istədiyi kadrlarla təmsil olun, ya da ittifaqdan ayrıla bilərsən!” deməkdir.

Bəs, NATO-dan uzaqlaşmaq Türkiyəyə nə verə bilər?

Bu addım Türkiyənin II Dünya müharibəsindən sonra mənimsədiyi və indiyə qədər sürdürdüyü hərbi doktrinadan imtina etməsi mənasına gələr. Türkiyə yerləşdiyi çətin regionda indiyədək dünyanın ən güclü hərbi alyansıyla ittifaq quraraq, toxunulmazlığını qoruyub. İstər şimaldan Rusiya, istərsə də cənubdan və şərqdən Yaxın Şərq ölkələri üçün Türkiyənin NATO üzvlüyü əsas çəkindirmə gücü rolunu oynayıb. Əks təqdirdə, qonşu ölkələrin ərazi iddiaları və separatçı qüvvələri dəstəkləməsi Türkiyənin daha çətin sınaqlarla üzləşməsini şərtləndirə bilərdi.

Bu gün Türkiyə nə qədər öz regional qonşularıyla sülh şəraitində yaşasa da, sabah çəkindirici gücünü itirəcəyi təqdirdə, onların yenidən baş qaldıran iddiaları ilə üzləşə və ötən illərdən fərqli olaraq, NATO-nun 5-ci maddəsindən faydalanaraq öz suverenliyinə yönələn təhdidləri beynəlxalq hərbi arenaya daşımaq imkanını itirər.

Üstəlik, NATO-dan uzaqlaşmaq Türkiyənin indiki müttəfiqləriylə münasibətlərində əlini gücsüzləşdirər, sözünün ötkəmini azaldar, bir sıra məsələlərdə post-sovet məkanı kimi, Rusiyanın “arxa bağçası”na çevirər. Odur ki, Türkiyənin NATO üzvlüyü Ankara üçün təkcə özünü qorumaq strategiyası deyil, həm də suverenliyinin qarantiyasıdır.

Nə qədər emossional-populist xarakterli olsa belə, AKP hakimiyyətinin bu reallığı görməməsi imkansızdır. Böyük ehtimalla, Ankara ABŞ-dan gələn haqsız və intensiv basqıları azaltmaq üçün manevr edir və bu siyasi manevrlər Türkiyənin dövlət maraqlarının daha artıq təmin olunmasına gətirib çıxaracaq.

Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Ərdoğan NATO-dan qovulsun!"

    "Ərdoğan NATO-dan qovulsun!" ...

    25-02-2016, 12:48

  • 
  • NATO-dan Rusiyaya göz dağı

    NATO-dan Rusiyaya göz dağı ...

    9-03-2015, 15:18

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Azərbaycan NATO-nun vacib tərəfdaşıdır

    Azərbaycan NATO-nun vacib tərəfdaşıdır ...

    7-03-2016, 13:36

  • 
  • NATO Türkiyəyə dəstək oldu

    NATO Türkiyəyə dəstək oldu ...

    12-05-2013, 16:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu