“Aydındır ki, 15 iyul çevriliş ssenarisi əsasən Türkiyənin cənub-şərqində yerləşən İncirlik hava bazasında hazırlanıb. 1.400 Amerika hərbi qulluqçusuna və yüzlərlə ona bağlı işçilərə qoynunda yer verən bu baza təkcə ABŞ-ın İraq və Suriyaya qarşı keçirdiyi hava hücumlarının mərkəzi deyil. Eyni zamanda Amerikanın Avropadakı ən geniş nüvə silah anbarı olan İncirlikdə sayı 90-a qədər və hər biri Xirosimaya atılandan on qat daha dağıdıcı gücə sahib olan B – 61 taktiki nüvə silahları var”.
Strateq.az xəbər verir ki, bu sensasiyalı məlumatı Dünya Sosialistlərinin yayın orqanı olan wsws.org yazarı Bill Van Auken qələmə alıb.
“New York Times” qəzetinin Türkiyədəki çevriliş cəhdində Amerika barmağı olduğunu məntiqsiz arqumentlərlə əsaslandırdığına həsr etdiyi yazısında müəllif daha sonra bildirir: “Çevriliş cəhdi uğursuzluğa düçar olduqdan sonra bu təşəbbüsdə mühüm bir rol oynayan və Pentaqonla yaxın əlaqələri olan baza komandiri amerikalı həmkarlarından sığınma tələb edib. Əgər Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika xəfiyyə təşkilatları Pentaqon hərbçilərinin burnunun dibində hazırlanan çevriliş təşəbbüsü haqqında heç bir şey bilmirdilərsə, bu, Amerika tarixindəki ən böyük kəşfiyyat fiaskolarından biridir”.
Ərdoğanın istirahət etdiyi hotelə gələn sui-qəsd qrupunun hücumundan qıl payı qaçmasının yeganə səbəbinin Rusiya kəşfiyyatının hazırlanan plan barədə onu əvvəlcədən xəbərdar etməsiylə bağlı olduğunu xatırladan müəllif, İncirlikdəki ABŞ ordusunun belə bir hadisədən məlumatsızlığına inanmır və haqlı olaraq soruşur: “Məntiqlə, Amerikan ordusunun uzun illərdən bəri fəaliyyət göstərdiyi bir ölkədə kəşfiyyat qabiliyyətinin rus həmkarlarından çox daha üstün olması lazımdır. Yəni, MKİ və Milli Təhlükəsizlik Agentliyinində (MTA) bu məlumatın eynisi və hətta daha təfsilatlısı yox idimi?! Onların Ərdoğana bənzər bir xəbərdarlıq etməməsinin yalnız bir səbəbi ola bilər: Obama, Amerika ordusu və kəşfiyyat xidmətləri Tayyib Ərdoğanın ölümünü görmək istəyirdilər! Bəs, nüvə silahlarının əl-Qaidəyə, İŞİD-ə və ya digər bənzər qruplaşmaya tuşlandığı bir yerdə İslamçılar çevriliş etsəydilər, nə olacaqdı?! Belə bir fiasko MKİ başçısı Cohn Brennan, admiral Maykl Rogers, MTA sədri və digərlərinin istefası anlamına gələcəkdi”.
15 iyul hadisəsindən sonra bu istefaların yaşanmadığını bildirən müəllifə görə, bu fakt da çevriliş təşəbbüsündə ABŞ-ın barmağı olduğunu təsdiqləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?