The New York Times qəzetinin yazdığına görə, Rusiyanın gəmi əleyhinə raketləri əvvəlkilərdən daha təkmilləşdirilib
Amerika Birləşmiş Ştatları Rusiyanın Suriyaya silah satdığını rəsmən təsdiq edib. Məlumata görə, Rusiyadan Suriyaya "Gəmi öldürən" adlanan dəniz raketləri satılıb.
Şənbə günü verdiyi açıqlamasında Amerika ordusunun generalı Martin Dempsi deyib ki, hazırkı situasiyada bu təəssüf doğurur. Bu raketlər Bəşər Əsədi daha da ürəkləndirəcək və Suriyadakı böhran uzanacaq.
Rusiya Suriyaya raket satdığını inkar etməyib. Məlumatda qeyd edilir ki, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması onlar üçün heç böir əhəmiyyət kəsb etmir. Sadəcə olaraq Rusiya iki ölkə arasında imzalanmış hərbi sazişin öhdəliklərini yerinə yetirir.
The New York Times qəzetinin yazdığına görə, Rusiyanın gəmi əleyhinə raketləri əvvəlkilərdən daha təkmilləşdirilib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?