Dünyanın ən kasıb ölkəsində kralın həyat yoldaşı olmaq istəyən minlərlə bakirə gənc qız onun üçün rəqs edib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Cənubi Afrikada Svaziland Krallığındakı Ludzidzini Royal kəndində ənənəvi «Umhlanga» festivalı başlayıb. Festivalda toplanan minlərlə gənc qız üst geyim olmadan mahnıların sədaları altında seçilmək ümidi ilə kral üçün rəqs edib. Cənubi Afrikada 1 milyon əhalilisi olan Svazilandda ildə bir dəfə bütün qızlar kralın sarayı qarşısında toplaşıb özlərini krala təqdim edir. Hər il təşkil olunan mərasimlərin əsas məqsədi qızların özünü krala bəyəndirməsidir. Və kral minlərlə bakirə qız arasından özünə yeni bir həyat yoldaşı seçir. Kral rəqsini və bədən quruluşunu ən çox bəyəndiyi qızı seçir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?