Özbəkistan Parlamenti baş nazir Şavkat Mirziyayevi müvəqqəti dövlət başçısı təyin edib. Bu qərar qanunverici palata və senatın birgə iclasında qəbul edilib. Qanunvericiliyə əsasən, dövlət başçısı səlahiyyətlərini öz üzərinə götürməli olan Parlamentin spikeri Niqmatulla Yurdusev bundan imtina edib. 59 yaşlı Mirziyayev 2003-cü ildən Özbəkistanın hökumət başçısı olub. İslam Kərimovun ölümündən sonra Mirziyayev onun dəfni üzrə komissiyaya rəhbərlik edib.
Sorğu
Yeni dizaynımız necədir?