Əfqanıstanda canlı bomba partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Partlayıcı qurğu Əfqanıstanın Nanqarxar əyalətinin adminstrasiyasının qonaqlarla dolu evində işə düşüb.
Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Əfqanıstanın Şərqində yerləşən Cəlalabad şəhərində terrorist tərəfindən törədilən partlayış zamanı ən azı 11 nəfər ölüb,13 nəfər yaralanıb.
Partlayış Nanqarxar əyaləti adminstrasiyasının üzvü Obaidullah Shitvarinin şəxsi evində təşkil olunan ziyafət zamanı baş verib.
Buna bənzər hadisə yanvar ayının əvvəlində də qeydə alınıb. "Canlı bomba" Cəlalabadda Pakistan konsulluğu yaxınlığında özünü partladıb. Terror aktının məsuliyyətini isə İŞİD qruplaşması öz üzərinə götrüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?